Mehdi Babayevdən Vergi Məcəlləsinə ediləcək dəyişiklərlə bağlı mühasiblərə iki çağırış (17-ci yazı)
Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə ediləcək dəyişiklərlə bağlı mühasiblərə iki məsələ ilə bağlı çağırış edib: “Birincisi, ƏDV üzrə kassa metoduna keçid həyata keçirilsə də, maliyyə uçotunu da unutmaq lazım deyil. Maliyyə uçotu zamanı bütün uçot prosesi hesablama metoduna uyğun həyata keçirilir. Maliyyə uçotunda və ya uçotun aparılması ilə bağlı proqram təminatlarında ƏDV-nin kassa metoduna keçidlə bağlı hər hansı dəyişiklik etməyin.
İkinci məsələ odur ki, 1 yanvar 2020-ci il tarixdən banklar tərəfindən ƏDV ödəyicilərinin bank hesablarındaki məlumatların vergi orqanlarına göndərilməsi planlaşdırılır. Mühasiblər, ödəniş tapşırıqlarında ödənişin təyinatını tam və aydın şəkildə göstərin. Elektron qaimə-fakturanın seriyası, tarixi, hansı malların alınması və s. məlumatlar düzgün qeyd olunmalıdır. Vergi orqanı bilməlidir ki, bank hesabına ödənilən vəsaitin təyinatı nədir. Çünki məhz həmin təyinatın dəqiq əks olunmaması zamanı Vergilər Nazirliyinin AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) proqram kameral uyğunsuzluqlar aşkara çıxarır.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın