Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlar Vergilər Nazirliyinin saytında yerləşdiriləcək? (15-ci yazı)
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev riskli vergi ödəyiciləri haqqında məlumatların ictimaiyyətə açıqlanmasına aydınlıq gətirib: “Nazirlər Kabinetinin qərarı ilə riskli vergi ödəyicisinin meyarları təsdiq olunacaq. Bu zaman iki hal müəyyən ediləcək: Vergi ödəyicisinin özünün və aparılan əməliyyatın risk olması. Eyni zamanda, riskli vergi ödəyiciləri haqqında informasiyalar açıq məlumatlar hesab olunacaq. Bununla əlaqədar Vergi Məcəlləsində də müvafiq düzəliş edilməsi nəzərdə tutulub.
Vergi ödəyicinin vergidən yayınması halları kommersiya sirri hesab olunursa, kontragentlər rahat şəkildə riskli vergi ödəyicisi haqqında məlumat əldə etmiş olacaq. Artıq vergi ödəyicisi əməkdaşlıq etmədən öncə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını biləcək. Riskli vergi ödəyicisi haqqında məlumatlar Vergilər Nazirliyinin saytında yerləşdirilməklə yanaşı, vergi ödəyicilərinə də xəbərdarlıqlar göndəriləcək. Riskli vergi ödəyicisi ilə bağlı xəbərdarlıq istər elektron qaimə-faktura verəndə, istərsə də Əlavə Dəyər Vergisi depozit hesabından ödəniş etmək istədikdə vergi ödəyicisinə göndəriləcək.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın