Elektron alış sənədinin tətbiqi hansı zərurətdən yarandı? (14-cü yazı)
Vergi məsələləri üzrə ekspert Anar Bayramov elektron alışla bağlı dəyişikliklərə aydınlıq gətirib: “Vergilər Nazirliyinin nümayəndələri ilə görüş zamanı ekspertlər vergi ödəyicisi olmayan şəxslərdən malların alınmasının ödəmə mənbəyində tutulan vergi bəyannaməsində qeyd olunmasını təklif etmişdi. Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən, ödəmələr haqqında məlumatların verilməsi nəzərdə tutulub.
Hüquqi şəxsdən icarəyə götürülən əmlak zamanı ödəmə mənbəyində vergi öhdəliyi yaranmasa, icarəyə götürən şəxslər məlumat xarakterli olaraq icarə haqda ödənişlərini ödəmə mənbəyində tutulan vergi bəyannaməsində qeyd edirlər. Təklif olunmuşdu ki, xüsusilə kənd təsərrüfatı malları təqdim edən şəxslərə ödəmələr haqqında bəyannaməyə xüsusi sətir əlavə olunsun. Müzakirənin yekunu olaraq, ödəmələr haqqında məlumatın elektron alış sənədi vasitəsilə keçirilməsi məqsədəuyğun hesab edildi.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın