Riskli vergi ödəyiciləri ilə aparılan bütün əməliyyatlar riskli hesab olunacaq? (13-cü yazı)

Riskli vergi ödəyiciləri ilə aparılan bütün əməliyyatlar riskli hesab olunacaq? (13-cü yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev riskli vergi ödəyiciləri ilə əməliyyat aparan şəxslərlə bağlı məsuliyyət tədbirləri haqqında məlumat verib: “Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, yalan əqd üzrə vergi ödəyicisi ilə aparılan əməliyyat üzrə xərclərin birbaşa gəlirdən çıxılmasına icazə verilməyəcək və bu cür əməliyyatlar üzrə bazar qiyməti tətbiq ediləcək.

Ola bilər ki, hər hansı vicdanlı vergi ödəyicisinin apardığı əməliyyat riskli olmasın, yəni bu o anlama gəlmir ki, riskli vergi ödəyicisi üzrə aparılan bütün əməliyyatlar yalan əqd üzrə formalaşır. Bu haqda ətraflı məlumat vermək hələ tezdir, çünki meyarlar hazır deyil.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər