Əmək Məcəlləsində işəgötürənlər üçün qaranlıq qalan məsələlərdən biri iş vaxtının cəmlənmiş uçotu anlayışıdır. Bu anlayışla bağlı maraq doğuran məsələləri sərbəst auditor, "Əmək münasibətləri: A-dan Z-yə" kitabının müəllifi Altay Cəfərov şərh edir.

İş vaxtının cəmlənmiş uçotu Əmək Məcəlləsinin 96-cı maddəsində göstərilir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeydiyyat dövrü bir ildən artıq və gündəlik 12 saatdan çox ola bilməz. Bütün hallarda cəmlənmiş uçot 5 günlük iş həftəsi üzrə müəyyənləşdirilmiş hesablamalarla aparılmalıdır.

Birinci tələb gündəlik 8 saatdan, ikinci tələb isə həftəlik 40 saatdan çox ola bilməz. Xüsusi hallarda gündəlik iş vaxtının müddəti 1 ,2 3, 4 saat artırılır, amma həftəlik 40 saat norma nəzərə alınmalıdır. Məsələn, 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü vardır. Qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir (232x8 + 10x7 = 1926 saat).

Hər bir vergi ödəyicisi öz istehsalat xüsusiyyətlərinə uyğun olaraq iş rejimini müəyyənləşdirir. Məsələn, 5 günlük, 6 günlük və digər formalı iş rejimləri seçilə bilər. İş vaxtının digər tələblərindən biri budur ki, işəgötürənin hansı iş rejimini tətbiq etməsindən asılı olmayaraq, işçilərin işə davamiyyəti üzrə birgünlük, həftəlik, aylıq və illik iş vaxtının normaları 5 günlük müəyyənləşdirilmiş iş vaxtının normalarından çox olmamalıdır.

Son olaraq iş vaxtının cəmlənmiş uçotu - işçinin müəyyən dövr üçün işə davamiyyətinin uçotunun aparılması kimi qiymətləndirilir.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA


Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.