ƏDV üzrə artıq ödəmənin qaytarılması üçün vergi yoxlamalarının keçirilməsi mütləqdir? (10-cu yazı)
Vergilər Nazirliyinin Vergi siyasəti Baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev xırda məbləğdə artıq ödənilən ƏDV-nin qaytarılması ilə bağlı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı suala cavab olaraq, həmin prosesin necə həyata keçirilməsini izah edib: “Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi orqanına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Digər vergi ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
Vergi ödəyicisinə qaytarılan ƏDV məbləğinin məbləğindən asılı olmaraq, vergi orqanın hüququdur ki, növbədənkənar vergi yoxlaması həyata keçirsin.Vergi ödəyici artıq ƏDV ödəməsini digər vergi öhdəliklərinin əvəzləşdirilməsi üçün istifadə edə bilər. Vergi orqanının artıq ödəmə məbləğinin doğruluğunu dəqiqləşdirmək üçün hər hansı yoxlama üsulundan istifadə etməsi zəruridir. Sözsüz ki, vergi orqanının baza məlumatları əsasında tam şəffaf görsənən və şübhəli görünməyən əməliyyatlar həyata keçirən vergi ödəyicilərinə münasibətdə artıq ödənilən ƏDV-nin qaytarılması həyata keçirilir. Vergi orqanı Məcəlləyə uyğun müddətdə ƏDV-ni geri qaytarmadıqda gecikdirilən günə uyğun faiz hesablayaraq vergi ödəyicisinə ödəyir”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın