1 yanvar 2020-ci il tarixdən ƏDV bəyannaməsində əvəzləşdirmə ilə bağlı hansı ciddi dəyişlik olacaq? (9-cu yazı)
Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bəyannaməyə ediləcək dəyişiklər haqqında məlumat verib: “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə elektron qaimə-fakturanın çeşidlənməsi nəzərdə tutulur. Vergi Məcəllənin 163-cü maddəsi olan ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsi zamanı da elektron qaimə-faktura tətbiq olunması gözlənilir. ƏDV bəyannaməsində vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı bölmə mövcüddür. Yeni təsdiq olunacaq bəyannamədə qeyd edilən bölməyə düzəliş olunacaq. Belə ki, bəyannamənin həmin bölməsinə “əvəzləşdirilən dövriyyənin azadılması” sətiri əlavə olunacaq.
Misal üçün, vergi ödəyicisi yanvar ayında 1000 manatlıq malın 180 (1000 manat x 18 faiz) manat ƏDV-sinin əvəzləşdirilməsini həyata keçirir. Mart ayında həmin malın qiymətində azalma olduğu üçün tərəflər arasında razılıq əsasında malın dəyəri 800 manat müəyyən edilir. Bu zaman 200 manatlıq azalmaya üzrə yaranan 36 (200 manat x 18 faiz) manatlıq fərqin əvəzləşdirilməsi mart ayının ƏDV bəyannaməsində yeni sütun olan “əvəzləşdirilən dövriyyənin azadılması” sütunda qeyd olunacaq.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın