İcarə münasibətləri zamanı təhvil-təslim aktının bağlanması vacibdir? (8-ci yazı)

İcarə münasibətləri zamanı təhvil-təslim aktının bağlanması vacibdir? (8-ci yazı)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin rəisi Əvəz Quliyev  icarə münasibətlərinin necə rəsmiləşdiriməsi ilə bağlı suala cavab olaraq bağlı bildirib ki, bu münasibətlər elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir: “Eyni zamanda, iki sahibkar subyekti arasında yaranan istənilən xidmət münasibətləri mülki qanunvericilyə əsasən təhvil-təslim aktı ilə sənədləşdirilməlidir. İcarə münasibətlərinin dövri olaraq hər hansı aktla rəsmiləşdirilməsi ilə bağlı Vergi Məcəlləsinin tələbi yoxdur.  İcarəverən və icarəgötürən arasında icarə müqaviləsi ilə aylıq ödənişlər tənzimlənirsə və həmin dövr üçün elektron qaimə-faktura təqdim  edilməlidir. Ola bilər ki, həmin müqavilədəki şərt işlərin görülməsi ilə bağlı təhvil-təslim aktını nəzərdə tutsun, o halda həmin sənədi təqdim etməlisiniz. İcarə münasibətləri zamanı təhvil-təslim aktının bağlanması məsələsində vergi ödəyiciləri sərbəst qərar verməlidir.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər