ƏDV-nin kassa metoduna keçirilməsinin bəyannaməyə hansı təsirləri olacaq? (3-cü yazı)

ƏDV-nin kassa metoduna keçirilməsinin bəyannaməyə hansı təsirləri olacaq? (3-cü yazı)

Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov əlavə dəyəri vergisi tutulan əməliyyatın kassa metoduna keçirməsinin vergi bəyannaməsinə təsiri haqqında məlumat verib: “Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, əlavə dəyəri vergisi tutulan əməliyyatlar üzrə bir növ hesablama metodundan kassa metoduna keçirilir. Bu səbəbdən ƏDV bəyannaməsində kifayət qədər dəyişikliklərin olması gözlənilir. Hal-hazırda 1 yanvar 2020-ci il tarixdən tətbiq olunacaq ƏDV bəyannaməsinin yekun forması olmasa da, layihənin 60-70 faizi hazırdır. Mövcüd bəyannamədə iki sütün var ki, birinci ƏDV-yə cəlb olunan dəyər, digərində isə ƏDV məbləği qeyd edilir. Vergi Məcəlləsinə təklif olunan dəyişiklər nəzərə alındıqda isə əməliyyatın dəyəri ilə yanaşı, daxil olan məbləğin dəyəri və həmin hissədən yaranan vergi öhdəliyi qeyd olunacaq. ƏDV üzrə kassa metodunun tətbiqi debitorların yaranmasına səbəb olur. Bu da o anlama gəlir ki, ƏDV bəyannaməsinə artıq debitorlar öz əksini tapmalıdır. İndiyə qədər ƏDV bəyannaməsində debitor anlayışı olmayıb. Kassa metodunun tətbiqi nəticəsində vergi ödəyicisi malların dəyəri üzrə bank hesabına daxil olan vəsaitlər üzrə qalıq məbləği debitor borclar sütununda qeyd edəcək.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən  "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər