Ev və torpaq satanlar üçün ƏLA DƏYİŞİKLİK (11-ci yazı)
1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.
Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə məənbəyindən vergi tutmağa borcludur. Təbii ki, vergi qanunvericiliyinə əsasən fiziki şəxsin müəyyən güzəştləri də nəzərdə tutulub. Misal üçün, Fiziki şəxsin azı 5 (beş) ildən çox yaşayış yeri üzrə qeydiyyatda olduğu, Miras ailə üzvlərinin adına rəsmiləşdirilməsi və s. hallarda notariuslar ödəmə mənbəyində vergi tutmurlar.
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan təkliflərdə torpaq, yaşayış və qeyri-yaşayış sahələri təqdim edən şəxslərə yeni güzəştlər tətbiq ediləcək.
- fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyekti hesab ediləcək.
Açıqlama: Cari Vergi Məcəlləsinə 5 il nəzərdə tutulduğu halda artıq bu müddət 3 ilə endirilməsi təklif edilir.
- Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi vergidən ediləcək.
Açıqlama: Təklif edilən dəyişikliklər təsdiq olarsa, o zaman torpaq, yaşayış və qeyri-yaşayış sahələri təqdim edən şəxsin vergi yükü də azaldılacaq. Misal üçün, vətəndaş 2 il qeydiyyatda olduğu 96 kvadrat metrlik evi satarsa, o zaman 30 kvadrata vergi hesablanmayacaq və 66 (96-30) kvadrat metrə vergi hesablanmasını həyata keçiriləcək.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın