Diqqət! ƏDV və sadələşdirilmiş vergi ödəyicilərin təqdim etdiyi bəyannamənin vaxtı dəyişdirilir (8-ci yazı)

Diqqət! ƏDV və sadələşdirilmiş vergi ödəyicilərin təqdim etdiyi bəyannamənin vaxtı dəyişdirilir (8-ci yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Vergi Məcəlləsiin 150.3.3.2-ci maddəyə edilən təklif edilən əsasən, əmək haqqı üzrə gəlir vergi hesablayan yəni muzdla işləyən fiziki şəxslərə ödəmələr verən BÜTÜN vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannamə verməyə borcludurlar.

Bu səbəbdən də artıq ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri də digər vergi ödəyiciləri kimi hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən yox rüb başa çatdıqdan sonranövbəti ayın 20-dən gec olmayaraq bəyannamə verməyə borcludurlar. Qeyd edək ki, cari vergi qanunvericiliyinə əsasən, ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri müvafiq rüblük hesabatlarının bir bölməsində sadəcə işçilərin sayı, gəliri və vergisi haqqında ümumi məlumatları təqdim edirdilər. İl başa çatdıqdan sonra isə, muzdla işləyən fiziki şəxslərə ödəmələr haqqında daha geniş məlumatlar (güzəştlər və s.) təqdim edirdi. 

Təklif edilən dəyişiklik:

150.3.3.2-ci maddədə “ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;” sözləri “vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.” sözləri ilə əvəz edilsin;

150.3.3.3-cü maddə ləğv edilsin;

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər