Diqqət! Elektron qaimənin göndərilməsində müddətlər dəqiqləşəcək (7-ci yazı)
1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.
Cari Vergi Məcəlləsində elektron qaimə-fakturanın göndərilməsi hansı müddətdə göndərilməsində müəyyən qədər boşluq mövcuddur. Yəni, vergi ödəyicisi malların qarşı tərəfə göndərikdə vəya təhvil verdikdən sonra elektron qaimə-fakturanı necə gün ərzində göndərilməsinin konkret vaxtı Məcəllədə müəyyənləşməyib. Eyni hal, xidmət göstərənlərə aiddir ki, vergi ödəyicisinin xidmət göstərdiyi halda elektron qaimə-faktura işlərin görülməsini təsdiq edən aktın imzalanma tarixi yoxsa aktdan sonra göndərilməsi konkret qeyd edilib.
Vergi Məcələsinin 71-1-.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaiməfakturanı aşağıdakı müddətdə təqdim etməlidir:
- malların təqdim edilməsi - mallar göndərilən vaxt;
Açıqlama: “A” MMC qarşılıqlı razılaşmaya əsasən, 09 yanvar 2020-ci il tarixdə malı “B” MMC-ə göndərir. Artıq bu zaman elektron qaimə-faktura da həmin tarixdə təqdim olunmalıdır.
- əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;
Açıqlama: “A” MMC ekspeditor vasitəsiylə mallları 09 yanvar 2020-ci il tarixdə malı “B” MMC-ə verir. “A” MMC tərəfindən hansı növ və miqdarda malların verilməsi “B” MMC-ə malları təhvil verən zaman müəyyən olunur. Yəni, öncədən hər hansı sifariş vəya razılaşma olmayıb. Bu zamanı elektron qaimə-faktura ən geci 13 yanvar 2020-ci il tarixə kimi yəni 5 gündən gec olmayaraq təqdim olunmalıdır.
- işlərin görülməsi və xidmətlərin göstərilməsi - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində.
Açıqlama. Fərdi sahibkar mühasibat xidmətinin görülüb başa çatmasını təsdiq edən akti 14 yanvar 2020-ci il tarixdə “A”MMC-lə imzalayır. Bu zaman artıq elektron qaimə fakturanın göndərilməsinin ən geci 18 yanvar 2020-ci il tarixə yəni 5 gündən gec olmayaraq təqdim olunmalıdır.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın