MÜHASİBLƏR Elektron qaydada yeni forma təqdim edəcəklər (3-cü YAZI)

MÜHASİBLƏR Elektron qaydada yeni forma təqdim edəcəklər (3-cü YAZI)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 71-2-ci maddəyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfat fəaliyyəti məqsədləri üçün (fərdi istehlak istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektron alış aktı tərtib edilir.
Maddədən göründüyü kimi, vergi ödəyicisi malların alış aktları mal aldıqda, 5 gün müddətində elektron alış aktı da tərtib edəcək. Bildiyimiz kimi, malların alış aktı sırf vergi ödəyəcisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. Amma bu haqda vergi orqanına məlumatın verilməsi ilə bağlı hər hansı konkret vaxt qoyulmamışdı. Təklif edilən dəyişiklik nəticəsində isə artıq vergi orqanı elektron bazada malların alış aktı vasitəsiylə mallları satan şəxslər haqqında məlumat toplayacaq.
Misal. “A” MMC malların alış aktı sənədi ilə Qasımov Fuad Məhərrəm oğlundan 3000 manatlıq kənd təsərrüfatı malları alır və elektron bazaya məlumat göndərir. “B” MMC-nin təqdim etdiyi elektron alış sənədi ilə müəyyən olunur ki, Qasımov Fuad Məhərrəm oğlu həmin vergi ödəyicisinə də 12 000 manatlıq kənd təsərrüfatı malları satıb. Artıq vergi orqanı bu cür məlumatlar əsasında Qasımov Fuadla xüsusi araşdırma aparmaq imkanına malik olacaq. Cari dövrdə məlumatların verilməsi adı formada aparıldığından xüsusi proqram təminatı tərəfindən izlənməsi çətin və demək olar ki, qeyri-mümkün olurdu.
Maraqlıdır ki, vergi ödəyicisi elektron alışla yanaşı həm də malların alış aktı da tərtib etməli olacaq. Bu məsələyə əlavə olunması təklif edilən 71-2.2-ci maddədə aydınlıq gətirilib. Təklif olunan maddəyə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Maddədən göründüyü kimi, əgər vergi ödəyicisi malları aldıqda elektron alış sənədini tərtib edərək qarşı tərəfə imzalatdırmaq imkanı olarsa, bu zaman malların alış aktı da tərtib olunmur.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Mehdi 27 May 2020

    Salam Sizdən xahiş edirəm 8 km bazarından mal almışam amma nə etdimsə e-qaimə yaznadılar alış aktı tərtib etmək istəyirəm yeni alış akt formasını mənim poçtuma göndərəsiniz. Əvvlcədən minnatdarlığımı bildirirəm.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər