Növbədənkənar səyyar vergi yoxlamasına əsas verən hallar artırılır (2-ci YAZI)
1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə 2 yeni yeni anlayış var: Riskli vergi ödəyicisi və yalan əqd. Bu iki anlayışla bağlı Məcəllənin 15 maddəsində dəyişiklik nəzərdə tutulur. Əvvəlcə, riskli vergi ödəyicisi anlayışına baxaq. Dəyişikliklərə görə, bu tip vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisidir.
Göründüyü kimi, riskli vergi ödəyicisinin müəyyənləşdirilməsi üçün konkret meyarlar müəyyənləşdiriləcək. Çox güman ki, bu işi Nazirlər Kabineti həyata keçirəcək və həmin meyarlar əsasında Dövlət Vergilər Xidməti vergi ödəyicisinin riskli vergi ödəyicisi statusunu müəyyənləşdirən müvafiq qərar verəcək. Çox güman ki, Nazirlər Kabinetinin qərarında əks prosesin - vergi ödəyicisinin riskli qrupdan çıxmasını təyin edən meyarlar da müəyyənləşdiriləcək.
Qeyd edək ki, vergi onları bu günədək qanunvericilik əsası olmasa belə, riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi ilə bağlı müəyyən addımlar həyata keçiriblər. Hətta riskli vergi ödəyiciləri ilə əməliyyat aparmaq istəyən vergi ödəyicilərinə qarşı tərəflə əməkdaşlığın riskli olması haqqında məlumat göndərilirdi.
Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər nəticəsində riskli vergi ödəyicilərinə qarşı tədbirlər sərtləşdiriləcək.
Vergi Məcəlləsinin 38.3-cü maddəsinə olunan dəyişikliklə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamalarına əsas verən halların siyahısı genişləndirilməsi təklif edilir. Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 38.3.10-cu maddəyə əsasən, artıq vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu, vergi orqanlarının növbədənkənar vergi yoxlaması keçirməsinə əsas verəcək.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın