Mühasiblərin yaralı yeri olan 166-cı maddə necə dəyişəcək? (1-ci YAZI)
Xəbər verdiyimiz kimi, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb. Mks.az saytının ekspertləri hər il olduğu kimi bu dəfə də layihədə nəzərdə tutulan dəyişiklikləri hissə-hissə şərh edəcəklər.
İlk olaraq “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov əksər vergi ödəyicilərinin ƏDV məsələsində yaralı yeri olan Vergi Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulan dəyişiklikləri sadə şəkildə izah edir. Ekspertin bu mövzuda növbəti şərhlərini də təqdim edəcəyik.
Hazırda qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsində vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsində 30 günlük müddət məsələsi var. Təklif olunan yeni dəyişiklikdə bu məsələyə yanaşma ciddi şəkildə fərqlənir. Belə ki, vergi tutulan əməliyyatın vaxtı - təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmə vaxtı aşağıdakı hallar üzrə belə müəyyən ediləcək:
- Nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt.
Açıqlama: Tutaq ki, ƏDV ödəyicisi olan “A” MMC 100 manatlıq (ƏDV- 18 manat) malı 15 yanvar 2020-ci il tarixdə “B” MMC-yə satır. Əgər “B” MMC malın dəyərini nağd şəkildə 30 yanvar 2020-ci ildə ödəyərsə, bu halda məbləğ ƏDV bəyannaməsinin yanvar ayı üzrə hesabatında əks olunacaq. “B” MMC həmin vəsaiti 5 fevral 2020-ci ildə ödəyərsə, o zaman fevral ayı üzrə hesabatda əks etdiriləcək.
Nağdsız əməliyyatlar zamanı da oxşar vəziyyətdir, sadəcə nağd əməliyyatda vəsaitin qəbul edilmə tarixi dəyişməzdir. O səbəbdən nağdsız əməliyyatlar üçün qeyd edilir ki, pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt əsas götürüləcək. Yəni, vəsait qeyd edilən hesablar üzrə nə vaxt daxil olubsa, həmin tarix əsas götürüləcək.
Göründüyü kimi, dəyişikliklərdə ƏDV ilə bağlı kassa metodunun tətbiq edilməsi təklif edilir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın