Mühasiblərin yaralı yeri olan 166-cı maddədə nə dəyişəcək? (1-ci YAZI)
Xəbər verdiyimiz kimi, 01 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddə üzrə dəyişiklik edilməsi üçün layihə hazırlanıb. Mks.az saytı hər il olduğu kimi layihə dəyişiklikləri şərhini həyata keçirəcək. “Vergi uçotu: A-dan Z-yə” Kitabının müəllifi Anar Bayramov təqdimatında hazırlanacaq şəhrlərin birincisi əksər vergi ödəyicilərinin ƏDV-lə bağlı yaralı maddəsi olan 166-ci maddəsi ilə başlayarıq.
Cari Məcəllənin 166-cı maddəsində vergi tutulan əməliyyatın vaxtı müəyyən edilməsində 30 gün məsələsi var idi isə, təklif olunan yeni dəyişiklikdə ciddi fərqlər var. Belə ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmə vaxtı aşağıdakı hallar üzrə bu cür müəyyən ediləcək:
-- nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
Açıqlama: ƏDV vergi ödəyicisi olan “A”MMC 100 manatlıq (18 manat – ƏDV) malı “B” MMC-ə 15 yanvar 2020-ci il tarixdə satır. Əgər “B” MMC nağd şəkildə həmin vəsaiti 30 yanvar 2020-ci ildə ödəyirsə, o zaman ƏDV bəyannaməsinin yanvar ayı üzrə hesabatında əks olunacaq. “B” MMC həmin vəsaiti 05 fevral 2020-ci ildə ödəyərsə, o zaman isə fevral ayı üzrə hesabatda əks olunacaq.
Nağdsız əməliyyatda da oxşar vəziyyətdir, sadəcə nağd əməliyyatda vəsaitin qəbul etmə tarixi dəyişməzdir. O səbəbdən nağdsız əməliyyatda qeyd edilir ki, pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt əsas götürüləcək. Yani arti qeyd edilən hesablar üzrə nə vaxt daxil olubsa, həmin tarix əsas götürüləcək.
Göründüyü kimi, ƏDV-lə bağlı artıq kassa metodu tətbiq edilməsi nəzərdə tutulur.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın