ƏDV-lə bağlı mürəkkəb maddə olan 166-ci maddənin SADƏ və 6 HAL üzrə izahı

ƏDV-lə bağlı mürəkkəb maddə olan 166-ci maddənin SADƏ və 6 HAL üzrə izahı

Bitməsinə cəmi 10 kitab qalan "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Maddənin tələblərinin mühasib həmkarlarımız tərəfindən aydın formada başa düşülməsi üçün praktiki misalların yer aldığı cədvəllərdən istifadə etmişik. 1 yanvar 2013-cü ildən qüvvədə olan dəyişiklikdən sonra vergi orqanları ƏDV ödəyicilərinə vaxt verir ki, malı, işi və xidməti təqdim edəndən sonra 30 gün müddətində alıcı malın dəyərini ödəsin və beləliklə, onun büdcəyə borcu yaranmasın. Sadəcə prossesdə müəyyən boşluq yaranır ki, vergi orqanları bundan istifadə edərək vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edirdilər. Maliyyə sanksiyaları barədə məlumat verməmişdən öncə prosesi izah edək.

1-ci variant: Tutaq ki, “A” MMC 2019-cu ilin 10 may tarixində “S” MMCyə malı təqdim edib və elektron qaimə-faktura göndərib. “S” MMC malın dəyərini 26 may 2019-cu ildə ödəyib. Bu zaman vergi tutulan vaxt 26 may 2019- cu il tarixi hesab edilir və ƏDV Bəyannaməsində may ayında qeyd olunur.
Əsaslandırma: Ödəniş 30 gün müddətində həyata keçirilib, yəni 10 mayda mal təqdim olunub və malın dəyəri 26 may 2019-cu il tarixdə ödənilib.

2-ci variant: Misalın davamı olaraq hesab edək ki, 10 may 2019-cu il tarixdə təqdim olunan mala görə ödənişi “S” MMC 1 iyun 2019-cu ildə edib. Bu zaman vergi tutulan vaxt 1 iyun 2019-cu il hesab edildiyi üçün artıq ƏDV Bəyannaməsində iyun ayında qeyd olunacaq.

Əsaslandırma: Birinci variantda olduğu kimi ödəniş yenə də 30 gün ərzində ödənilib, sadəcə ödəniş vaxtı növbəti aya keçdiyi üçün həmin ayda qeyd olunmalıdır.

3-cü variant: İndi isə hesab edək ki, 10 may 2019-cu ildə təqdim olunan mallar üzrə ödəniş 17 iyun 2019-cu il tarixində həyata keçirilib. Elektron vergi hesab-faktura 5 gün ərzində təqdim edilibsə, elektron vergi hesab-fakturanın təqdim olunduğu tarix əsas götürülür; Elektron vergi hesab-faktura 5 gün ərzində təqdim edilməyibsə, o zaman elektron qaimə-fakturanın təqdim olunması tarixi əsas götürülür.

Əsaslandırma: Ödəniş 17 iyun 2019-cu il tarixdə edilib. Bu da o deməkdir ki, malların təqdim olunmasından 30 gündən çox vaxt keçdiyindən elektron vergi hesab-fakturanın 5 gün ərzində təqdim olunub-olunmaması əsas götürülür.

4-cü variant: Fərz edək ki, 10 may 2019-cu il tarixdə təqdim olunan mallar üzrə ödəniş 07 may 2019-cu il tarixdə həyata keçirilib. Əgər elektron vergi hesab-faktura 5 gün ərzində təqdim edilibsə, o zaman vergi tutulan vaxt elektron vergi hesab-fakturanın təqdim ediliyi tarix - 10 may 2019-cu il tarixi hesab olunacaq. Əgər elektron vergi hesab-faktura 5 gün ərzində təqdim edilməyibə, o zaman vergi tutulan vaxt üçün əsas ödəniş tarixi, yəni 7 may 2019-cu il olacaq.
Əsaslandırma: Ödəniş əvvəlcədən həyata keçirilibsə, elektron vergi hesab-fakturanın 5 gün ərzində təqdim olunub-olunmaması önəmlidir. Əgər 5 gün ərzində təqdim olunarsa, elektron vergi hesab-fakturanın tarixi, əks halda isə ödəmə tarixi əsas götürülür.

5-ci variant: Hesab edək ki, 10 may 2019-cu ildə təqdim olunan mallar üzrə ödənişlər iki dəfə həyata keçirilib, birinci dəfə 25 may 2019-cu ildə, ikinci dəfə isə 30 may 2019-cu ildə. Bu zaman ödəmə tam olaraq 30 gün ərzində olduğu üçün, ödəniş tarixi əsas götürüləcək.

6-ci variant: Fərz edək ki, 10 may 2019-cu ildə təqdim olunan mallar üzrə ödənişlər iki dəfə həyata keçirilib, birinci dəfə 25 may 2019-cu ildə, sonuncu dəfə 20 iyun 2019-cu ildə. Ödəmə tam olaraq 30 gündən artıq müddətdə həyata keçirildiyi üçün elektron vergi hesab-faktura 5 gün ərzində təqdim olunarsa, o zaman elektron vergi hesab-fakturanın tarixi, əks halda elektron qaimə-fakturanın vaxtı əsas götürüləcək.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər