Altay Cəfərovun təqdimatında: Malların fərqli satış zamanı ƏDV-nin hesablanması
Malların kreditə (müddətli ödənişli əsaslarla) satılması ilə məşğul olan vergi ödəyicilərində uçot prinsiplərində, hesabatların, bəyannamələrin formalaşdırılmasında müəyyən çətinliklər yaranır: onlar gəlirlərin, xərclərin vaxtının müəyyənləşdirilməsi, həmçinin əlavə dəyər vergisi (ƏDV) məqsədləri, sadələşdirilmiş vergiyə cəlb edilməsi müddətləri, eləcə də sadələşdirilmiş vergidən ƏDV-yə keçid məsələlərində bəzi problemlərlə üzləşirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Malların kreditlə satılmasına yanaşma belədir ki, vergi ödəyicisi mülkiyyətində və ya istifadəsində olan malları əsasən əhaliyə satır, amma ödəniş tam olaraq həmin anda yox, qısamüddətli və ya uzunmüddətli ödəniş şərtləri ilə həyata keçirilir. Bəzi hallarda malların kreditə (müddətli ödənişli əsaslarla) satılması ilə məşğul olan ƏDV ödəyicilərində hesabatlılıqla bağlı müəyyən problemlər və suallar yaranır ki, bunları bir neçə sadə misal üzərində nəzərdən keçirməyə ehtiyac var.
Tutaq ki, "SS" MMC iyul ayında 1.000 manat + 180 manat (ƏDV) = 1.180 manatlıq mebeli "VV" MMC-dən almışdır və qaydalara uyğun olaraq 1.000 manatı bank hesabından, 180 manatı isə ƏDV depozit hesabından ödəmişdir. Eyni zamanda, "SS" MMC 12 aylıq kreditlə (müddətli ödənişli əsaslarla) 1.800 manata məişət texnikasını vətəndaşa satmışdır, müştəri birinci ayın 150 manatını ödəmişdir və alqı-satqı müqaviləsində xüsusi şərt kimi mülkiyyətin ödənişin tam həyata keçirilməsindən sonra alıcıya qeyd edildiyi yazılmamışdır.
Paralel olaraq, iyul ayında digər analoji fəaliyyətlə məşqul olan "AA" MMC 2.000 manat + 360 manat (ƏDV) = 2360 manatlıq məişət texnikasını iyul ayında "VV" MMC-dən almışdır və qaydalara uyğun olaraq, 2.000 manatı bank hesabından, 360 manatı isə ƏDV depozit hesabından ödəmişdir. Eyni zamanda, "AA" MMC 12 aylıq kreditlə (müddətli ödənişli əsaslarla) 3.600 manata məişət texnikasını vətəndaşa satmışdır, müştəri birinci ayın 300 manatını ödəmişdir və alğı-satqı müqaviləsində xüsusi şərt kimi mülkiyyətin ödənişin tam həyata keçirilməsindən sonra alıcıya qeyd edildiyi yazılmışdır. Belə olan halda sual meydana çıxır ki, "SS" MMC və "AA" MMC iyul ayının hesabatlarında ƏDV-ni necə əks etdirməlidirlər?
"SS" MMC malların alışını və ödənişini qaydalara uyğun həyata keçirdiyindən, aldığı mallara aid 180 manat ƏDV-ni əvəzləşdirmə kimi iyul ayının bəyannaməsində qeyd edəcəkdir. 12 aylıq kredit şərtləri ilə satdığı 1.800 manat malın aylıq məbləği 1.800 : 12 = 150 manat təşkil edir. İlkin olaraq görünür ki, dövriyyə kimi ƏDV hesabatında ancaq 150 : 1,18 = 127,12 manat yazılmalıdır - əslində isə bu belə deyildir. Müqavilədə xüsusi şərt yazılmadığına görə, Vergi Məcəlləsinin tələblərinə əsasən, 1.800 manatlıq mal təqdim edilmiş sayılır. Belə olan halda, 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsində dövriyyə kimi 1800 : 1,18 = 1525,42 manat, ƏDV isə 274,58 manat olacaqdır.
Amma "AA" MMC-də məsələ başqa cürdür. Yəni iyul ayının bəyannaməsində əvəzləşmə kimi 360 manat ƏDV yazılacaqdır. Alğı-satqı müqaviləsində xüsusi şərt kimi mülkiyyətin ödənişin tam həyata keçirilməsindən sonra alıcıya qeyd edildiyi yazıldığına görə, vətəndaşın ödəməli olduğu 3.600 manat məbləğin birinci ayı üçün aldığı 300 : 1,18 = 254,24 manat, ƏDV isə 45,76 manat olacaqdır. Ən əsası, bu 254,24 manat (ƏDV-siz dövriyyə) ƏDV bəyannaməsinin 3-cü əlavəsində təqdim edilmiş mallara görə dövriyyə kimi yox, təqdim ediləcək mallara görə əvvəlcədən alınmış məbləğlər kimi yazılmalıdır. Yəni, faktiki olaraq, Vergi Məcəlləsinin tələblərinə görə mallar təqdim edilmiş sayılmadığı üçün avans kimi yazılmalıdır.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın