Vergimizin “Relax” sindromu
Anar Bayramov, mks.az saytının eksperti
“Relax” və sindrom. Əgər son hadisələr olmasaydı, yəqin ki, oxucularımız qəribəliklərinə vərdiş etdiyimiz Azərbaycanımızda bir-birinə zidd olan bu iki anlayışın necə bir araya gəldiyi üzərində saatlarla baş sındırardılar. Məsələ ən azından dövlətə vergi ödəyən əksər vergi ödəyicilərinə aydın olduğundan təfərrüata getmək istəmirəm. Məlum xəbəri oxuyandan, videoya baxandan bəri dövlətə vergi ödənilməsi sahəsində hökm sürən ifrat intizamsızlıq və cəzasızlıq mühitində “kamerallara və səyyarlara” rəğmən vergisini vaxtında ödəyərək ayaqda dayanmağı çalışan Azərbaycan sahibkarının ürək sızladan obrazını unuda bilmirəm.
Namuslu vergi ödəyiciləri - insan orqanizmi yad mikroba qarşı mübarizə aparmağ gücündə olmadığını dərk edəndə onunla birgə yaşamağa qərar verdiyi kimi - artıq vergi məsələsində yaşadıqları narahatlıqlarla, keçirdikləri əsəb gərginlikləri ilə çoxdan “doğmalaşıb”.
Hesabatı göndərdikdən sonra vergi orqanın onlayn kargüzarlığa göndərdikləri məktublarla bağlı gələn mesajlardan məktubun oxunmasına qədər keçən müddətdə namuslu vergi ödəyicilərinin yaşadıqları, sözün belə təsvir etməkdə aciz olduğu hisslər bu obrazın tamamlayıcı çalarlarıdır.
Əziz oxucum, bu obraz sənin obrazındı, haqqında danışdığım namuslu vergi ödəyicisisi sənsən!
Həftələrlə, bəzən aylarla acı bağırsaq kimi dartdıqca uzanan, səyyar vergi yoxlamalarına toxunmuram, səncə, “Relax” istirahət mərkəzinə fəaliyyətdə olduğu son 10 ildə aşağıdakı kameral məktublardan hansı və neçə dəfə göndərilib:
- Təqdim etdiyiniz bəyannaməyə əsasən 1(bir) işçinin orta aylıq əmək haqqı məbləği Respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqı məbləği göstəricisindən aşağıdır. Qeyd olunanlar real iqtisadi göstəricilərlə, habelə bu sektor üzrə analoji fəaliyyətlə məşğul olan və vergilərinin düzgün hesablanmasına üstünlük verən vergi ödəyicilərinin göstəriciləri ilə müqayisədə kəskin fərq yaradır ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması və vergidən yayınma halının olması kimi qiymətləndirilir.
- ------- Vergilər Şöbəsi bildirir ki, ------ ------- -cü illər bəyannamə məlumatları üzrə aparılmış təhlillər zamanı cəmi dövriyyə, hesablama və vergi ödənişinizdə azalmalar müşahidə olunmuşdur. Yuxarıda qeyd olunan xüsusiyyətlər nəzərə alınmaqla müvafiq dövrlər üzrə real dövriyyəni göstərməklə dəqiqləşdirimiş bəyannamənin təqdim edilməsi və ya təqdim etdiyiniz vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur.
- “Muzdlu işlə əlaqədar vergi bəyannaməsi” məlumatlarına əsasən işçilərin sayı ötən rübə əsasən azalmışdır.
“Yetər, artıq! Məktubların siyahısını uzatmağa ehtiyac yoxdur!” Bu əsəb və gərginlik dolu səs sənin səsindir, namuslu vergi ödəyicisi. Qulaqlarımda cingildəyir, uğuldayır, əsk-səda verir. Köhnə yaranın qaysağınımı qopartdım, qaysaq tutmayan yarana duzmu basdım?! Məni məzur tut, bunları deməyə, yazmağa məcburam. Deməsəm, yazmasam, mənim vergi işçilərinə əl qaldıran, turistin başında butılka sındıran o şəxslərdən nə fərqim ola bilər ki?!
Üzümü ölkəmizdə vergi siyasətini müəyyənləşdirən, onu həyata keçirən vergi işçilərinə tuturam: “Relax” hadisəsinin ictimailəşməsi, günahkarların cəzalandırılması yolundakı səy və çabalarınızı alqışlayıram. Ancaq “Relax” sindromu elə “Relax”la da bitməməli, belələrinə qarşı mübarizə sonuncu harın vergi ödəyicisinin əhliləşdirilməsinə qədər davam etməlidir.
Eyni zamanda, Sizdən vergisini vaxtında və qədərində ödəyən vergi ödəyicilərinə münasibətdə xüsusi yanaşma gözləyirəm. Bunun üçün ayrıca qanun yazmağa, Vergi Məcəlləsinə xüsusi maddə əlavə etməyə ehtiyac yoxdur. Vergi işçisinin etik davranış Kodeksinin tələb etdiyi davranış normasıdır, vergi ödəyisinə münasibətdə inamdır, qarşılıqlı etimaddır, hörmətdir, vergi orqanının nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməkdir, kameral məktublar dənizində çapalayan vergi ödəyicisinə tərəfdaş statusunda əl uzatmaqdır...
Əziz oxucum, bu yazıda mən bilərəkdən sənə “intizamlı, nümunəvi vergi ödəyicisi” deyil, “namuslu vergi ödəyicisi” kimi xitab etdim. Çünki indiki vəziyyətdə vergidən yayınmamaq vicdanlı sahibkar və həqiqi vətəndaş üçün ən böyük namus məsələsidir!
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın