İşçiyə ezamiyyə haqqı mütləq nağdsız ödənilməlidir?
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.
Qaydalardan göründüyü kimi, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Amma qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.
Misal üçün, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4 000 manat ezamiyyə haqqını nəğd şəkildə ödəyib. Vergi nəzarəti tədbirləri nəticəsində bu hal müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4000 x 10 faiz), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 20 və 40 faiz həcmində maliyyə sanksiyası tətbiq olunacaq.
0 Komment
Şərh yazın