Elektron qaimə-fakturanın tətbiq olunmamasına görə maliyyə sanksiyası kimlərə tətbiq olunacaq?

Vergi uçotu: A-dan Z-yə kitabından seçmə 

1 yanvar 2019-cu ilədək elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim etmək vergi ödəyicisinin borcu olsa da, onların təqdim edilməməsinə görə hər hansı maliyyə sanksiyası tətbiq olunmurdu. Elektron qaimə-faktura olmayan mallara görə alıcıya maliyyə sanksiyası tətbiq edilirdisə, yeni dəyişiklikdən sonra, artıq elektron qaiməfaktura təqdim edilməməsinə görə də maliyyə sanksiyası tətbiq ediləcək.

1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinin 58.13-cu maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesabfakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal. “A” təşkilatı “B” təşkilatına 2000 manatlıq mal təqdim etsə də, elektron qaimə-faktura göndərməyib. Vergi nəzarəti tədbiri zamanı, bu hal aşkar olunduqda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 200 manat (2 000 x 10 faiz), ikinci dəfə 400 manat (2 000 x 20 faiz), üç və daha çox dəfə yol verdikdə 800 manat (2 000 x 40 faiz) məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə aşağıdakı aşağıdakı şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura verilməsinə ehtiyac duyulmur:
- bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Zəruri qeyd: 1 yanvar 2019-cu ildən etibarən 58.13-cü maddə üzrə maliyyə sanksiyaları üzrə dəyişiklik olduğu üçün 30 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasnın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər