Elektron qaimə-fakturanın təsdiqlənməsində vacib məqamlar

Elektron qaimə-fakturanın təsdiqlənməsində vacib məqamlar

 

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Qeyd etdiyimiz kimi iki üsulla təqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prossesi ilə bağlı müəyyən vaxt məhduddiyəti tətbiq edilir. Elektron qaimə-faktura göndərilən vergi ödəyicisi sənədi qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir. Əgər elektron qaiməfakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həməin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1. Tutaq ki, “A” MMC 1 aprel 2019-cu il tarixdə malların satışı ilə bağlı “S” MMC-yə elektron qaimə-faktura göndərib. Əgər “S” MMC 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməsə, 5 aprel 2019-cu il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq. Burda bir məqama diqqət yetimək lazımdır ki, əgər “A” MMC elektron qaimə-fakturada səhv edibsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.
Misal 2. Tutaq ki, “A” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “S” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman, “S” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərir. “A” MMC səbəblə tanış olduqdan sonra, düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, bu elektron qaimə-faktura ləğv olunmuş hesab edilir. “S” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “S” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişilə “A” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin. Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiq olunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən olunub. Vergi orqanı üçün elektron bəyannamənin təsdiqi vaxtı əsas götürüldüyündən, aydan-aya keçən əməliyyatlarda diqqətli olmaq lazımdır.
Misal üçün, “A” MMC elektron qaimə-fakturanı 30 aprel 2019-cu il tarixdə göndərir, amma qarşı tərəf sənədi 2 may 2019-cu il tarixdə təsdiq edir. Bu zaman artıq elektron qaimə-fakturanın tarixi 2 may hesab oldunğundan, əməliyyat aprel yox, may ayının hesabatlarında öz əksini tapmalıdır.

 

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 
 
 

1 Komment

  1. Zaur Kazımov 14 Oktyabr 2022

    Salam. Hüquqi şəxs,digər hüquqi şəxs ilə müqavilə bağlayır və malları EQF əsasında təhvil verir. Öhdəlik müqavilə şərti ilə təmin edilmədiyindən satıcı hüquqi şəxs , alıcı hüquqi şəxsi məhkəməyə verir. Bu halda iddi qaldırmaq üçün müqavilə və EQF sübut sənədi olaraq kifayət edirmi? Alıcı və satıcı arasında əlavə təhvil təslim aktı mövcud deyil. Yalnız EQF var.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər