Əsas vəsaitlərin silinməsi zamanı diqqət yetiriləsi VACİB MƏQAM
"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə
Əsas vəsaitlərin silinməsi və oğurlanması zamanı əsas vəsaitin silinməsi ƏDV baxımdan vergi tutulan əməliyyat hesab olunur. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. ƏDV ödəyicisi əsas vəsaitin alınması zamanı ƏDV ödəyirsə, həmin əsas vəsaitin silinməsi zamanı qalıq məbləğə ƏDV hesablamalıdır.
Misal. Tutaq ki, “A” MMC 2018-ci il tarixdə 2 000 manat məbləğində komputer aldığı zaman 360 manat (2 000 manat x 18 faiz) ƏDV ödəyib. Vergi ödəyicisi 2019-cu ilin may ayında qərar verir ki, həmin əsas vəsaiti silsin. Bu zaman 2018-ci ildə komputerə 500 manat amortizasya hesablandığı üçün qalıq dəyəri 1500 manat təşkil edir. Vergi ödəyicisi 1 500 manatlıq komputerə 270 manatlıq ƏDV (18 faiz) hesablamalıdır.
2-ci hala baxaq. ƏDV ödənilməklə alınan komputerə amortizasiya hesablanıb və qalıq dəyəri 300 manat təşkil edib. Bu zaman tam amortizasiya olunaraq uçotdan silinmə halı baş verdiyi üçün qalıq məbləğ ƏDV-yə cəlb olunmur.
"Əsas vəsaitlərlə bağlı vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın