Ilk olaraq mks.az-da: Vergi orqanından xidmət fəaliyyəti ilə məşğul olan bəzi vergi ödəyicilərinə İRİ MƏBLƏĞDƏ CƏRİMƏ

Ilk olaraq mks.az-da: Vergi orqanından xidmət fəaliyyəti ilə məşğul olan bəzi vergi ödəyicilərinə İRİ MƏBLƏĞDƏ CƏRİMƏ

Növbədə sərbəst olaraq mühasib xidmətləri həyata keçirən vergi ödəyiciləridir?

Xəbər verdiyimiz kimi, 01 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” AR Qanununa edilən dəyişikliklərdən sonra məcburi dövlət sosial və işsizlikdən sığorta haqqların hesablanması və toplanmasına nəzarət vergi orqanlarına verilib. Bu səbəbdən də, vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübündən başlayaraq sosial hesabatları vergi orqanlarına təqdim edirlər. “Sosial sığorta haqqında” AR Qanununun 14-cü maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. 01 yanvar 2019-cu ildən edilən dəyişikliyə əsasən, xüsusi notariuslar minimum aylıq əməkhaqqının on mislinin 25 faizi, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər isə əvvəlki qaydada gəlirlərinin 20 faizi miqdarında sosial haqqı ödəməlidir.

Mks.az saytına daxil olan məlumata əsasən, vergi orqanları 2018-ci ilin illik sadələşdirilmiş və gəlir vergisi bəyannaməsi hesabatına uyğun olaraq bəzi vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar və xüsusi notariuslarıba illik gəlirinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqını hesablamağa başlayıblar. İndiyə qədər bu kateqoriyaya uyğun gələn əksər vergi ödəyiciləri DSMF orqanlarına  digər sahələrdə sahibkarlıq fəaliyyəti" kateqoriyasına uyğun olaraq  - minimum aylıq əməkhaqqının 20 faizi miqdarında hesablanma apararaq hesabat təqdim ediblər. Vergi orqanlarının bu cür yanaşmasından sonra bəzi vergi ödəyicilərinə kifayət qədər məcburi dövlət sosial ayırması və azadılmağa görə maliyyə sanksiyası hesablanmağa başlanıb. Misal üçün, sərbəst auditorun 2018-ci il üzrə gəliri 10 000 manat olubsa, bu zaman həmin vergi ödəyicisi 2000 (10 000 manat x 20 faiz) məcburi dövlət sosial ayırması, 4 rüb ərzində minimum əmək haqqıya uyğun olaraq hesabladığı sosial haqqları azaldıqdan sonra qalan məbləğə də 50 faiz maliyyə sanksiyası və gecikdirdiyi günlərə görə ödənilməyən sosial məbləğin məbləğinin 0,1 faizi həcmində penya hesablanır.
Qeyd edək ki, vergi orqanları vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar və xüsusi notariuslar lisenziyalı fəaliyyət üzrə olduğunu nəzərə alaraq, həmin fəaliyyət sonra sosial ayırmaların tətbiq edilməsində hər hansı çətinliklə üzləşməyiblər. Vergi orqanlarının əsas çətinlikləri sərbəst mühasiblərə gəlirlərinin 20 faizi miqdarında sosial sığorta hesablanması ilə bağlıdır. Ölkəmizdə kifayət qədər mühasiblər var ki, fərdi qaydada vergi ödəyicilərinə mühasibatlıq xidmətləri göstərir və bu tip fəaıiyyət üçün qanunverciliyin tələblərinə uyğun olaraq hər hansı icazə vəya lisenziya alınmasına ehtiyac duyulmur. Ehtimal var ki, vergi orqanı gələcəkdə keçiriləcək operativ vergi nəzarəti tədbirləri nəticəsində bu tip vergi ödəyicilərinə də gəlirlərin 20 faizi məbləğində sosial ayırma hesablanmasını həyata keçirsin. Bu səbəbdən də, fərdi sahibkar kimi mühasibatlıq xidməti göstərən şəxsləri xərclərini rəsmiləşdirməyə çağırırıq ki, gəlirdən sosial ayırma hesablandığı halda, bu məbləğ kifayət qədər yüksək olmasın.

"Elektron qaimə-faktura", "Əmək münasibətlər", "Sosial öhdəliklər", "İşsizlikdən sığorta",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər