"KOBİA Vergi Məcəlləsində bu dəyişiklik üçün dəstək versin"

"KOBİA Vergi Məcəlləsində bu dəyişiklik üçün dəstək versin"

Mks.az saytının eksperti Anar Bayramovun fikrincə, maliyyə sanksiyalarının bu şəkildə tətbiqi mikro və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir edir

“Beynəlxalq Bank” və Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşkilatı dəstəyi ilə “Asan radio”da yayımlanan “Sahibkar vaxtı” verilişində çıxış edən mks.az saytının eksperti Anar Bayramov maliyyə sanksiyaları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi təklifi ilə çıxış edib: “Verilişin təşkilatçılarından birinin KOBİA olmasını nəzərə alaraq, təklifimizi bildirmək istərdim. Vergi, sosial, əmək və s. iqtisadi qanunvericilikdə mikro, kiçik, orta və iri sahibkarlıqda yanaşmalar müəyyən istisnalar nəzərə alınmaqla demək olar ki eynidir. Müəyyən istisnalar dedikdə, mikro sahibkarlıq subyektlərinin gəlir və ya mənfəətinə 75 faiz güzəşti, əmlak vergisindən azad olmanı, mikro və kiçik sahibkarlıq subyektlərinə amortizasiyanın hesablanması zamanı sürətli hesablama metodunun tətbiqini və s. göstərmək olar. Amma uçotun aparılması, hesabatlılıq, cərimələrin tətbiqi baxımından yanaşmalar eynidir.
Misal üçün, mikro sahibkarlıq subyekti nağd hesablaşma qaydasını pozarsa, digər sahibkarlıq subyektlərində olduğu kimi, təqdim ili ərzində birinci dəfə bu hala yol verdikdə 1000 manat maliyyə sanksiyasına məruz qalır. Daha konkret misal gətirək. Tutaq ki, bərbər fəaliyyəti ilə məşğul olan şəxs 5 manatlıq nağd ödəniş zamanı kassa mədaxil qəbzi təqdim etmədiyinə görə ilk dəfə 1000 manat (ikinci dəfə 3000 manat, 3 və daha çox dəfə 6000 manat) maliyyə sanksiyasına məruz qalacaq. Doğrudur, 2019-cu il ərzində ilk hal üçün rəsmi xəbərdarlıqdan sonra növbəti pozuntu zamanı bu maliyyə sanksiyaları tətbiq olunacaq. Amma göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyekləti üçün maliyyə sanksiyalarının məbləğləri kifayət qədər yüksəkdir. Nəzərə alsaq, mikro və kiçik sahibkarlıq subyektləri yeni işə başladıqları üçün, adətən iri və orta sahibkarlıq subyektlərində olduğu kimi mühasibatlıq bölmələrinə malik olmur. Bu tip sahibkarlıq subyektləri bir qayda olaraq mühasibat işlərini və vergi uçotunu özlərini həyata keçirdiyindən vergi qanunvericiliyi haqqında kifayət qədər məlumatlı olmurlar. Həmçinin, mikro və kiçik sahibkarlıq subyektlərində gəlirlər yüksək olmadığından bu tip iri məbləğlərdə maliyyə sanksiyaları onların fəaliyyətlərinə son qoya bilər.
Mikro və kiçik sahibkarlıq subyektlərindən gələn müraciətləri nəzərə alaraq, KOBİA-dan xahişimiz odur ki, Verg Məcəlləsində növbəti dəyişikliklər zamanı maliyyə sanksiyalarının sahibkarlıq subyektləri üzrə diferensiallaşdırılması ilə bağlı təklifi dəstəkləsinlər.”

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər