Altay Cəfərov əvəzələşdirilməyən ƏDV ilə bağlı problemi qabartdı

Altay Cəfərov əvəzələşdirilməyən ƏDV ilə bağlı problemi qabartdı

Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərov Milli Mühasiblər Forumunda əlavə dəyər vergisinin tətbiqi zamanı yaranan problem haqqıdna məlumat verib: “Əvəzləşdirilməyən ƏDV ilə bağlı Vergi Məcəlləsində konkret maddə yoxdur ki, bu gəlirdən çıxılan xərcə aid edilməli və ya malın dəyərinə əlavə olunmalıdır. Misal üçün, vergi 118 manatlıq malın 18 manatlıq əlavə dəyər vergisini qarşı tərəfin depozit hesabına ödəməyib. Təbii ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, 18 manatı əvəzləşdirə bilməz.  Bu zaman bəzi vergi ödəyiciləri həmin 18 manatlıq ƏDV-ni malın üzərinə əlavə etmir və ya xidmət fəaliyyəti zamanı olarsa, gəlirdən çıxılan xərclərə aid etmir. Təəssüf ki, qeyd etdiyimiz məsələ problem olaraq qalır.”

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinovun ƏDV məsələsinə münasibəti konkret olub: “Əvəzləşdirilməyən ƏDV malın dəyərinə əlavə olunmalıdır, cünki malın dəyərinin formalaşdırılmasında iştirak edir.”

 

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər