Əflatun Babayevlə Natiq Şirinovun soz dueli

Əflatun Babayevlə Natiq Şirinovun soz dueli

Əflatun Babayev: “Bir çox hallarda əvəzləşdirməyə icazə verilmədiyindən ƏDV mahiyyətini dəyişərək dövriyyədən vergi olub”
Natiq Şirinov: “Tam məsuliyyətlə bildirirəm ki, ... məsələ qeyd edildiyi kimi deyil”

Vergi məsələləri üzrə ekspert Əflatun Babayev Milli Mühasiblər Forumunda əlavə dəyər vergisi ilə bağlı prosedurların çətinliyi barədə danışıb: “ƏDV-nin əvəzləşdirilməsi şərtlərini o qədər çətinləşdiriblər ki, bir çox hallarda onu əvəzləşdirmək mümkün olmur. Artıq bu zaman ƏDV mahiyyətini dəyişərək dövriyyədən vergi olur. Bu gün ƏDV budcəni kreditləşdirir. Natiq müəllimə (Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov - red) bildirmək istəyirəm ki, vergi orqanlarının idxalla məşğul olan şəxsin mallara görə gömrükdə ödədiyi ƏDV-ni əvəzləşdirməmək istəyi var. Onlar belə hesab edirlər ki, gömrük orqanlarına ödənilən ƏDV avans kimi saxlanılsın. Cünki gömrük orqanlarının planı doldururlur, həmin ƏDV əvəzləşdikdikdə isə vergi orqanlarının ƏDV planı azalır”.
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Əflatun Babayevin səsləndirdiyi fikirlərə münasibət bildirib: “Tam məsuliyyətlə bildirirəm ki, idxalda ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ qeyd edildiyi kimi deyil. İdxalda ödənilən ƏDV bəyannamədə əvəzləşdirilən hissədə göstəririlir. Eyni zamanda, Vergilər Naziriyi Gömrük Komitəsi ilə onlayn rejimdə əməkdaşlıq etdiyi üçün vergi orqanı ƏDV-ni əvəzləşdirməyə məhdudiyyət qoya bilməz.”

"İdxal -ixrac əməliyyatları", "Əlavə Dəyər vergisi"  və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər