Mühasib və HR mütəxəssislərin işini artıran YENİ DƏYİŞİKLİK
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə’ bəyannaməsinin “Güzəşt və azadolmalar barədə məlumat” bölməsi təkmilləşdirilib. Bölmənin adından göründüyü kimi, 3 saylı əlavə formada Vergi Məcəlləsinə əsasən, güzəşt və azadolmalar haqqında məlumatlar qeyd edilməlidir.
Misal üçün, vergi ödəyicisi işçisini ezamiyyəyə göndərib 200 manatlıq ezamiyyə haqqı ödəyib. Bundan əlavə, digər işçisinə 800 manatlıq maddı yardım edib. Bu zaman ezamiyyə xərcləri 3 saylı əlavənin 5.1.8.2-ci bölməsində qeyd olunmalıdır. 800 manatlıq maddi yardım isə, əlavəninin 5.1.3-cü bölməsində qeyd edilməlidir.
Bundan əlavə, vergi ödəyicisi güzəşt kateqoriyasına (məcburi köçkün, müharibə veteranı, II qrup əlil və s.) uyğun gələn işçilər haqqında məlumatları da bəyannamədə müvafiq sətirlərdə qeyd etməlidir.
Göründüyü kimi, bu cür məlumatarın vergi bəyannaməsində əks olunması vergi ödəyiciləri üçün əlavə yükün yaranmasına səbəb olsa da, mütləq təqdim olunmalıdır.
"Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər barədə" bəyannamə, Sosial və işsizlikdən sığorta hesabatlarının doldurulması qaydaları izah edilən bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın