"Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsi ilə bağlı Problemlər və həll yolları (Misal və formalarla)
"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-dan SATIŞDA
Xəbər verdiyimiz kimi, məcburi dövlət sosial sığorta və işsizlik sığortası üzrə ödənişlər ilkin olaraq "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində qeyd edilir. Vergi ödəyici hesabatı təqdim etdikdən sonra, Vergi orqanı bəzi ödənişləri avtomatik şəxsi hesaba işləsə də, ödənişlərin bölgüsü tam həyata keçirilmir vəya bir qismi "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində qalır.
Prossesin daha aydın olması üçün, vergi ödəyicisində yaranan problemi həmkarların diqqətinə çatdırmaq istəyirik. Vergi orqanı hesabatları qəbul etdikdən sonra, işsizlikdən sığorta üzrə ödəniş məbləğini məcburi dövlət sosial ayırması üzrə şəxsi hesab vərəqəsində qeyd edib. Səhv bölüşdürmə nəticəsində məcburi dövlət sosial sığorta ayırması üzrə olan ödənişin borcu bağlayacq hissəsi həmin vərəqədə qeyd olunub. Nəticədə, işsizlikdən sığorta ilə bağlı şəxsi vərəqədə borc və "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində isə qalıq yaranıb. Yəni vergi ödəyicisi 28 mart 2019-cu il tarixidə X manat ödəsə, həmin məbləğdən işsizlik sığortası məbləği çıxılaraq qalan hissəsi vərəqədə qeyd edilib.
Vergi ödəyicisi Online kargüzarlıq vasitəsiylə vergi orqanı aşağıdakı formada nümünəvi məktub təqdim edib və ödəniş sənədlərini də əlavə olunub:
---------------------------------------------------------------------------------------
Hörmətli vergi orqanı
2019-cü ilinin 1-ci rübü üzrə sosial ödənişlərin bölüşdürülməsi zamanı texniki problemlər baş verib. Zəhmət olmasa, ödənişləri aşağıdakı şəkildə şəxsi hesabda qeyd edərdiniz:
1) 04 mart 2019-cu il tarixdə ödənilən X manat məbləği işşsizlik sığortasi üzrə şəxsi vərəqəyə qeyd olunmasını təmin edərdiniz. Sənədi əlavə olunur.
2) 28 mart 2019-cu il tarixdə ödənilən X manat tam olaraq, əmək haqqından hesablanan məcbur dövlət sosial sığorta ayırmalarına qeyd edəsiniz. Sənədi əlavə olunur.
Bölüşdürmə ilə bağlı hər hansı sualınız olarsa, zəhmət olmasa bildirərsiniz.
---------------------------------------------------------------------------------------
Digər həmkarımızın təqdim etdiyi misal da maraqlıdır. Vergi ödəyici sahibkarlıq fəaliyyəti üzrə yanvar, fevral və mart ayları üzrə müvafiq olaraq 26 manat (130 manat x20 faiz), 26 manat (130 manat x20 faiz) və 36 (180 manat x20 faiz) manat ödəniş həyata keçirib. Vergi ödəyicisi məcburi dövlət sosial sığortası ilə bağlı hesabat təqdim etdikdən sonra, vergi orqanı bölüşdürmə zamanı şəxsi hesabda artıq ödəmə yarandığı üçün qalıq məbləği "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində qeyd edir. Misal üçün, hesabat və ödənişlərin nəticəsi olaraq 3 manat artıq ödəmə yarandığı halda sonuncu ödəniş olan 36 manatın 33 manatı şəxsi hesab vərəqəsinə və 3 manatı isə bölüşdürülməmiş ödənişlərə qeyd edilir. Böyük ehtimalla "AVİS" proqramı vasitəsiylə bu cür bölgü edilir, amma bölgünün belə olması vergi ödəyicisinin iş yükünün artmasına səbəb olur.
Hörmətli həmkarlar, "Sosal üzrə bölüşdürülməmiş ödənişlər"lə bağlı rastlaşdığınız çətinlikləri və həll yollarını oxucularımızla bölüşməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın