“Cari vergi ödəmələri hesablanmasında haqqında” arayışın MİSALLA doldurulması Qaydası
"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-cu il tarixdən satışda
Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən fiziki və hüquqi şəxslər Vergilər Nazirliyinin “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayış formasını təqdim etməlidir. 15 aprel 2019-cu il “Cari vergi ödəmələri hesablanmasında haqqında” arayışın təqdim ediməsi üçün SON GÜNdür.
“Cari vergi ödəmələri hesablanmasında haqqında” arayışı təqdim etmək üçün Bəyannamələri Tərtibi Proqramı (BTP) vəya Online bəyannamədən istifadə edilmir. Arayışı təqdim etmək üçün, online kargüzarlığa daxil olmaq lazımdır.
İndi isə misallarla arayışın təqdim olunmasını izah edəcək. Misal üçün, heç bir işçi olmayan və xidmət sferasında fəaliyyət göstərən Kazımov Elçinin yanvar, fevral və mart ayları üzrə gəliri müvafiq olaraq 200, 300 və 400 manat olub.
Vergi ödəyicisinin xərcləri olaraq sahibkarlıq fəaliyyətinə görə hesabladığı məcburi dövlət sosial ayırmaları olub. Yanvar və fevral aylarında minimum əmək haqqı 130 manat olduğundan, fiziki şəxsin hesabladığı məcburi dövlət sosial ayırması hər ay üzrə 26 (130 manat x 20 faiz) manat olacaq. 01 mart 2019-cu ildən minimum əmək haqqı 130 manatdan 180 manata artıldığı üçün, mart ayı üzrə məcburi dövlət sosial ayırması artı 26 yox 36 (180 manat x 20 faiz) manat olacaq.
- Vergi ödəyicisinin I rüb üzrə cəmi gəliri 900 (200+300+400) manat olacaq.
- Vergi ödəyicisinin I rüb üzrə cəmi xərci 88 (26+26+36) manat olacaq.
- Vergiyə cəlb olunacaq gəlir – 812 (900-88) manat təşkil edir.
- I rüb üzrə gəlirə hesablanan gəlir vergisi məbləği – 162,40 (812 x 20 faiz) təşkil edir.
- Mikro sahibkar subyekti olduğu üçün 75 faiz güzəşt tətbiq olduğu üçün cari vergi ödəməsi 40.60 (162.40 manat x 25 faiz) manat olacaq.
- Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə əsasən, Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. Bu maddəyə əsasən, vergi ödəyicisi 30,45(40,60 x 75 faiz) manatdan az olmamaqla ödənişi həyata keçirdiyi halda, qalıq məbləğ borc kimi hesab edilməyəcək. Amma illik gəlir bəyannaməsi zamanı qeyd edilən məbləği həyata keçirəcək.
Qeyd edək ki, arayışı təqdim etdikdən sonra məlumatlar hələ ki şəxsi hesab vərəqəsinə işlənilmir.
Misalımız üzrə Arayış formasında doldurulmasında bəndləri qeyd edirik (qırmızı rənglə doldurulası bəndləri qeyd etmişik):
Cari vergi ödəmələrinin hesablanması haqqında |
|
ARAYIŞ |
|
|
|
Arayışın tədqim edildiyi vergi orqanının adı |
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti |
Bölmə 1.Vergi ödəyicisi haqqında ümumi məlumat |
|
1. VÖEN |
XXXXXXXXXX |
2. Vergi ödəyicisinin tam adı |
KAZIMOV ELÇİN |
3. İl ərzində seçdiyi metodun növü |
VM 151.5 (maddə seçilir) |
4. Uçot metodu |
Hesablama metodu (metod seçilir) |
5. Vergi dövrü |
I rüb 2019 |
6. Sahibkarlıq subyektinin meyarı |
Mikro (Sahibkarlıq subyekti seçilir) |
7. Arayışın növü |
Cari |
Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması |
|
290. Əvvəlki hesabat ilində ümumi gəlir |
0 |
291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi |
0 |
292. Əvvəlki hesabat ilində mənffət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi |
0 % |
293. Cari rübdəki ümumi gəlirin həcmi |
0 |
294. Cari vergi ödəməsinin həcmi |
0 |
295. Cari rübdəki mənfəətin(gəlirin) həcmi |
812 (Vergiyə cəlb olunacaq məbləğ qeyd edilir yəni gəlirdən xərclər çıxılır) |
296. Əvvəlki hesabat ilində fəaliyyəti olmayan vergi ödəyicisinin cari vergi ödəməsinin həcmi |
162.4 (812 manatın 20 faizi qeyd edilir) |
297. 297. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi (151.2) |
0 |
298. 297. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi (151.5) |
40.60 (Bu avtomatik qeyd edilir. 20 faizə mikro sahibkarlıq subyekti olduğu üçün 75 faiz güzəşt tətbiq edilir yəni 162,40 manatın 25 faizi avtomatik yazılır) |
Arayışı təqdim etdikdən sonra aşağıdakl formada bildiriş qeyd edilir.
Cari vergi ödəmələrinin hesablanması haqqında |
||||||||
arayışın qeydiyyata alınması haqqında |
||||||||
BİLDİRİŞ |
||||||||
|
||||||||
|
||||||||
Sizin tərəfinizdən göndərilmiş elektron müraciət Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində XXXXXX nömrəsi ilə qeydiyyata alınmışdır. |
0 Komment
Şərh yazın