Vergilər Nazirliyi: “Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək” (RƏSMİ CAVAB)

Vergilər Nazirliyi: “Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək” (RƏSMİ CAVAB)

Mks.az saytının müraciətinə Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun imzası ilə rəsmi cavab verildi

 Xəbər verdiyimiz kimi, Mks.az saytı vergi ödəyicilərinin sosial və işsilikdən sığorta ödənişləri ilə bağlı texniki problem nəticəsində yaranan borc bildirişləri və bu səbəbdən bank hesablarına qoyulan sərəncamlarla bağlı Vergilər naziri, cənab Mikayıl Cabbarova rəsmi məktubla müraciət etmişdi.

Mks.az saytının rəsmi məktubu ilə tanış olmaq üçün link

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun imzaladığı cavab məktubunda şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmaların aradan qaldırıldığı bildirir:

Sizin ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə daxil edilməsi haqqında müraciətinizə Azərbaycan Respublikasının Vergilər Nazirliyində baxılmışdır.

Bildiririk ki, vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə ödənilmiş vəsaitlər vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinin “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilir. Eyni təsnifat kodu üzrə həm borc, həm də “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində ödənilmiş vəsait olduqda, həmin ödənişlə borc avtomatik qaydada əvəzləşdirilir.

Vergi ödəyicisinin hər hansı təsnifat kodu üzrə borcu olmadıqda ödənilmiş vəsaitlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində saxlanılır və vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildikdə həmin ödənilmiş vəsaitlər hesabatlara əlavə edilə bilər və ya vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitlər hesabatlara əlavə edilmədən bəyannamə təqdim edilə bilər, bu halda müvafiq təsnifat kodu üzrə borc yaranır və həmin borcla “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində olan ödənilmiş vəsait avtomatik qaydada əvəzləşdirilir.

Hesablanmış faizlə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən ödənilən və şəxsi hesab vərəqəsinə daxil edilən bütün ödənişlərin həm şəxsi hesab vərəqəsinə işlənilməsi tarixi, həm də həmin vəsaitin vergi ödəyicisi tərəfindən ödənilmə tarixi əks olunur. Vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitin şəxsi hesab vərəqəsinə işlənilməsinə qədər hesablanmış faizlər avtomatik qaydada azaldılır.

Göründüyü kimi, şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmalar aradan qaldırılmışdır. Vergi ödəyicilərinin fəaliyyətində yaranmış narahatçılıqlarla bağlı üzrxahlıq edərək bildiririk ki, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri tərəfimizdən daim aparılmaqdadır. “

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər