Bank hesabında sərəncam olduğu halda vergi ödəyicisi kassasında məxaric əməliyyatı apara bilər?

Bank hesabında sərəncam olduğu halda vergi ödəyicisi kassasında məxaric əməliyyatı apara bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-cu il tarixdən SATIŞDA

Vergi Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən, Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Maddəni misalla izah edək: «AA» MMC-nin vergiyə (dövlət büdcəsinə) 10 000 manat borcu var. «AA» MMC-nin bank hesablarında vəsaiti yoxdur. Vergi orqanları tərəfindən 10 000 manatın alınması üçün «AA» MMC-nin bank hesabına sərəncamlar qoyulub. Yəni, «AA» MMC-nin bank hesablarında məxaric əməliyyatları dondurulub. Amma cəmiyyətin kassasına satış əməliyyatlarından vəsaitlər daxil olur. Qanunvericiliyə əsasən, vergi orqanlarının elə bir səlahiyyəti yoxdur ki, kassanı dondursun. Daha doğrusu, praktiki olaraq bu, mümkün deyil. Hesab edək ki, «AA» MMC-nin kassasına 5000 manat vəsait daxil olub.

İndi ən vacib məsələ kassaya daxil olmuş pul vəsaitlərinin xərclənməsi növbəliyilinin təyin olunmasıdır.

Belə ki, Vergi Məcəlləsinin 58. 3.-cü maddəsində yazılıb ki, həmin növbəlilik Mülki Məcəllədə əks olunan ardıcıllıqla aparılmalıdır. Əks halda ardıcıllığı pozulmuş vəsaitin 50% məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Mülki Məcəllənin 965-ci maddəsinə nəzər yetirək.

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.

965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:

965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir;

965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

965.3. Bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir.

Maddədən göründüyü kimi, üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

Misalımızı davam etdirək: «AA» MMC-nin işçilərinin 1000 manat borcu var. Cəmiyyət rəhbərliyi daxil olan 5000 manatın 1000 manatını işçilərin əməkhaqqına, 3000 manatını isə materialların alınmasına sərf edib. Kassada 1000 manat vəsait qalıb. Səyyar vergi yoxlaması zamanı vergi orqanları materialların alınmasına sərf olunan 3000 manatın 50%-i həcmində (1500 manat) maliyyə sanksiyası tətbiq edəcək. Burada ödəyicinin vergini azaltmasından söhbət getmir, sadəcə vəsaiti materiallar alınmamışdan əvvəl büdcəyə yönəltməli idi. Ardıcıllığa əsasən, birinci əməkhaqqı verilməli, sonra vergilər ödənilməlidir. sonda isə materiallar alına bilər. Amma «AA» MMC ardıcıllığı pozub, əməkhaqqını verib, sonra vergi borcunu ödəmədən materiallar alıb. Odur ki, cəmiyyətə 1500 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 
 
 

1 Komment

  1. Məhərrəm 04 Mart 2022

    Mənim pulumu niyə tutmusuz isdemirem heçnə pulumu qaytarin

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər