Hansı vergi ödəyiciləri əmək haqqı ödənişlərini nağd formada həyata keçirə bilməz?

Hansı vergi ödəyiciləri əmək haqqı ödənişlərini nağd formada həyata keçirə bilməz?

Bu suala cavab vermək üçün, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə diqqət yetirək:

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

Qanundan göründüyü kimi, bu maddədə konkret ƏDV ödəyiciləri məfhumuna yol verilmədən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək istisna olmaqla digər şəxslər əmək haqqları, pensiya, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatları nəğd şəkildə ödəməlidir.  Təbii ki, mümkündür ki, hər hansı ƏDV ödəyicisinin əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan aşağı olsun.  Bu halda onlar işçilərə əməkhaqqıları nağd şəkildə ödəyə bilərlər, qanunvericilik bunu qadağan etmir. Həmin ƏDV ödəyicilərinin 13-cü ayda son 12 aylıq dövriyyəsi 200 min manatlıq həddi aşa bilər. Belə olan halda onlar əməkhaqqını artıq nağd yox, nağdsız ödəməlidirlər. O da mümkündür ki, 14-cü ayda son 12 ayın dövriyyəsi azalsın və 200 min manatdan aşağı düşsün. Bu zaman həmin ƏDV ödəyiciləri yenidən əməkhaqqıları nağd şəkildə ödəmək hüququ qazanır. Göründüyü kimi belə ƏDV ödəyiciləri üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq əməkhaqqıların ödənilməsinin nağdsız həyata keçirilməsini tənzimləmək çox çətindir.

Fikrimizcə, əməkhaqqıların nağdsız ödənilməsi dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyicilərinə şamil edilməməlidir. Bütün hallarda vergi ödəyiciləri olan oxucularımıza tövsiyə edirik ki, fəaliyyət sahəsindən, mülkiyyət növündən, hansı vergi ödəyicisi kimi uçota alınmasından asılı olmayaraq uçotun şəffaflığı baxımından əməkhaqqıları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişləri), pensiyanı, təqaüdü, maddi yardımı, müavinətləri (o cümlədən, birdəfəlik müavinətləri), kompensasiyaları və təzminatları nağdsız formada ödəsinlər.

İndi isə Vergi Məcəlləsinin  58.7-1.-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasını misalla izah edək: Ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatdan çox olan “AA” MMC  2019-cu ilin may ayında işçilərə 20 000 manatlıq əmək haqqını nağd şəkildə ödəyib. Səyyar vergi yoxlaması zamanı bu hal aşkar olunduqda vergi ödəyicisinə ilk halda əməliyyat üzrə məbləğin 10 faizi yəni 2000 manat (20000 x 10 faiz), təqvim il ərzində 2 və 3 vədaha çox hallarda müvafiq olaraq 20 və 40 faiz həcmində maliyyə sanksiyası tətbiq ediləcək.

Təbii ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək vergi ödəyiciləri əmək haqqı ödənişlərini nağd qaydada həyata keçirə bilər. Amma o şərtlə ki, ay əzində cəmi nağd məxaric əməliyyatları 15 000 manatı keçməsin.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

1 Komment

  1. Bahadur 18 Aprel 2019

    Əgər ölkədə “Nağdsız hesablaşmalar"-ın həcmini artırmaq kimi bir hədəf götürülübsə nə üçün işçilərə əmək haqqının verilməsi məsələsini hamıya şamil etmirlər?Məncə sayından və dövriyyəsindən asılı olmayaraq bütün sahibkarlıq subyektlərində işçi işə daxil olarkən ona bankda əmək haqqı kartı açılmalıdır.Bu həm nağdsız dövriyyənin inkişafına və həm də işçilərin hüquqlarının qorunmasına xidmət edəcəkdir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər