Şad xəbər: Elektron qaimə-faktura ilə bağlı problem aradan qaldırıldı

Şad xəbər: Elektron qaimə-faktura ilə bağlı problem aradan qaldırıldı

mks.az saytı olaraq öncəki araşdırma yazımızı elektron qaimə-fakturanın tətbiqi ilə bağlı yaranan problemlərə həsr etmişik. "Elektron qaimə faktura: inqilabi dəyişikliyin gətirdiyi problemlər" adlı yazımızda Komissiya müqaviləsi üzrə mal satışı edənlərin elektron qaimə-faktura təqdim olunması ilə bağlı problemlərin olması barədə bildirmişdik: "Birincisi, yerli turizm şirkətləri aviabiletlərin satışı zamanı elektron qaimə fakturanın tətbiq olunması ilə bağlı ciddi problemlər yaşayır. Turizm şirkəti komissiya haqqına elektron qaimə faktura göndərə bilməz.  Təyyarə bileti alan vergi ödəyicilərinə elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən, agent olan turizm şirkəti tərəfindən deyil, satıcı, yəni aviaşirkət tərəfindən təqdim edilməlidir. Əksər aviaşirkətlər üçüncü tərəfə elektron qaimə-faktura təqdim etmirlər.

Digər məsələ isə odur ki, turizm şirkətləri yerli aviaşirkətlərlə yanaşı, beynəlxalq uçuşları tənzimləyən xüşüsi şəbəkəyə üzv olmaqla bilet satışını həyata keçirir. Təbii ki, beynəlxalq uçuşları tənzimləyən xüşüsi şəbəkədən elektron qaimə-faktura almaq mümkün deyil. Bu zaman turizm şirkəti biletin tam məbləğinə elektron qaimə-faktura verə bilməz, cünki bu halda süni olaraq dövriyyəsini dəfələrlə böyüdür və vergi öhdəliyini artırır.

Bu gün Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (elektron qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib.  Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb: "Artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergi tutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir."

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər