Vergi ödəyiciləri üçün YENİ PROBLEM: Əlavə ödəniş tələb edilir...

Vergi ödəyiciləri üçün YENİ PROBLEM: Əlavə ödəniş tələb edilir...

Vergi ödəyiciləri mks.az saytına müraciət ünvanlayaraq, son vaxtlarda notariuslarda qarşılaşdıqları problemin ictimailəşdirilməsini xahiş ediblər. Həmkarlarımız bank hesabı açmaq üçün getdikləri notariuslarda onlardan əlavə vəsait tələb olunduğunu bildiriblər. Onların sözlərinə görə, vergi ödəyicilərinin imzalarının təsdiqi zamanı notariuslar sənədlərin surətlərinin çıxarılması adı ilə əlavə xidmət haqqı tələb edirlər. Notariusdan onlara deyiblər ki, surəti çıxarılaraq təsdiq olunan sənədlər arxivləşdirmə üçün istifadə olunur.
Sənədlərin surətlərinin çıxarılmasının xidmət haqqına gəlincə, hər səhifənin təsdiqi, birinci səhifə üçün 5 manat, digər səhifələr üçün 1 manat təşkil edir. Misal üçün, yalnız VÖEN-in təsdiqi 5 manat təşkil edir. Amma 8 səhifəlik nizamnamənin surəti təsdiq olunarsa, bu zaman ödəniş - 12 manat (1 x 5 manat+ 7x 1 manat) təşkil edir. Göründüyü kimi, notariuslar arxivləşdirmə xərcləri üçün hər müştəridən ən azı 5 manat əlavə ödəniş tələb edirlər.
Ümid edirik ki, notariusların fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq qurumlar bu cür məntiqə zidd xidmət haqqının ödənilməsi məsələsinə tezliklə aydınlıq gətirəcəklər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər