Sosial hesabatlar üzrə Şəxsi vərəqə: Texniki problemin maddi fəsadları
Xəbər verdiyimiz kimi, vergi ödəyicilərinin sosial hesabatlarının təqdim olunması və ödənişlərin şəxsi vərəqədə qeyd olunması ilə bağlı ciddi problem yaranıb. Belə ki, 2019-cu ildə olan şəxsi vərəqə işlənilmədiyindən “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” hissəsinə qeyd edilir. Nəticədə proqram şəxsi vərəqədə yaranan borca görə faiz hesablamağa başlayır və borcun ödənilməsi barədə bildiriş göndərir.
Həmkarlarımız mks.az saytına müraciət edərək, bu məsələni ictimailəşdirdiyimiz təşəkkkürlərini bildiriblər, eyni zamanda problem haqqında fikirlərini bölüşüblər. Möhübbəli Nağıyev adlı həmkarımız problemin həllinə pessimist yanaşır: “Yanvar ayından vergi orqanlarına 8 məktubla müraciət etmişəm və 195-ə zəng edib problemin həll olunmasını xahiş etmişəm. Bu gün yenə də bank hesabıma sərəncam qoyulub. Bir məktub da bu gün yazdım. Hami deyir ki bizlik deyil. Kimlikdir, bilən yoxdur. Bu problem həll olunana oxşamır.”
Zaur adlı həmkarımız isə bank hesabından sərəncam vasitəsilə silinən vəsaitin şəxsi hesabda görünməməsindən narahatdır: “ Bank hesablarına sərəncam gəlir. Hesabdan silinən məbləğ isə şəxsi hesab vərəqəsində görünmür. Pul hara gedib, məlum deyil...”
Vidadi müəllim isə hesab edir ki, vergi orqanlarının proqram təminatında problemlər mövcüddur: “Yaxşı olardı ki, proqramı əvvəlcə test edəydilər, 195-ə zəng edib deyirəm ki,dekabr ayında pul ödəyəndə peniyamız yox idi, mənim dekabrda ödədiyim vəsaitə yanvar ayında niyə peniya tutulur, cavab bu oldu ki, problem proqramdadı”
Sonda həmkarlarımıza bildirmək istəyirik ki, problem qısa zamanda həll olunmazsa, mks.az saytı vergi ödəyiciləri adından vergilər naziri cənab Mikayıl Cabbarova rəsmi müraciət etməyi planlaşdırır. Ümid edirik ki, vergi orqanları sosial hesabatlarda yaranan texniki problem nəticəsində borc məsələsinin həllinə operativ reaksiya verəcəklər.
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Leyla Əhmədova 14 Mart 2019
Salam.DSMF əməkdaşları tərəfindən bildirilən qaydada 121300 təsnifat kodu üzrə bütün ödənişlər vaxtı-vaxtında ödənilirdi və bildirdiklərinə görə bu məblələr avtomatik bölüşdürülürdü və qalıqdan göründüyü kimi böyük qism bölüşdürülmüşdür. Hal-hazırda muzdlu işləyənləri bölməsində qalıq borc, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bölməsində isə artıq ödəmə mövcuddur. Dəfələrlə müraciət etməmizə baxmayaq DSMF əməkdaşları ödənişləri adiyyatı olaraq bölüşdürməkdən imtina edirlər. Vergi isə öhdəliyin keçmiş tarixlərə görə DSMF -ə aid olduğun bildirir və buna görə hesaba sərəncam qoyulmuş və penya hesablanmışdır böyük məbləğdə. Zəhmət olmasa adiyyatı köməkliyi göstərin
Şərh yazın