DİQQƏT! Fəaliyyətini dayandıran vergi ödəyicilərinə SOSİAL SIĞORTA üzrə YENİ BORC BİLDİRİŞLƏRİ (ARAŞDIRMA YAZI)

DİQQƏT! Fəaliyyətini dayandıran vergi ödəyicilərinə SOSİAL SIĞORTA üzrə YENİ BORC BİLDİRİŞLƏRİ (ARAŞDIRMA YAZI)

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübündən etibarən sosial hesabatları vergi orqanlarına təqdim edir.  Mks.az saytının araşdırması zamanı məlum olub ki, uzun müddətə fəaliyyətlərini dayandıran əksər vergi ödəyicilərinə sosial sığorta ilə bağlı borc bildirişləri göndərilib.

Təşkilatımıza müraciət edən vergi ödəyicisi bildirib ki, təxminən 3 ildən artıqdır ki, vergi və sosial sığorta orqanlarına müraciət edərək sahibkarlıq fəaliyyətini 5 illik müddətə dayandırıb. Vergi ödəyicisi fəaliyyət göstərdiyi dövrdə dövlət sosial müdafiə fonduna dövrü olaraq, hesabatlarını təqdim edib və ödənişlərini həyata keçirib. Vergi ödəyicisinin verdiyi məlumata əsasən, sosial müdafiə orqanlarının əməkdaşları heç vaxt ona borcu olduğunu bildirməyiblər. Qeyd edək ki, vergi ödəyicisi hesabatları elektron yox kağız formada təqdim edib. 2019-cu ilin fevral ayında vergi orqanları həmin vergi ödəyicisinə 180 manata yaxın borc bildirişi göndərib. Borc bildirişindən məlum olur ki, məcburi dövlət sosial sığorta haqqı üzrə 135 manat borcu olduğundan 47.84 (?!) manat da faiz hesablanması həyata keçirilib. Vergi ödəyicisi  borcunun hardan yaranmasın dəqiqləşdirmək istədikdə, vergi orqanlarının əməkdaşları bildiriblər ki, onlar DSMF orqanlarından vergi ödəyiciləri üzrə məlumatların təhvil-təslim etdikdə, həmin borc qeyd olunub. 

Mks.az saytı olaraq, fəaliyyətini dayandıran vergi ödəyicilərinə məsləhət görürük ki, online kargüzarlıqlara gələn məktubları nəzərdən keçirsinlər. Vergi ödəyicislərinin sosial sığorta üzrə borcları üzrə məlumatların olması, gələcəkdə onlar haqqında məhkəmə qərarı verilməsinə səbəb ola bilər. Məhkəmə qərarı əsasında isə, vergi ödəyicisinin ölkədən çıxışına qadağa qoyula bilər vəya hər hansı əmlakına (maşın və s.) həbs qoyula bilər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər