Sadələşdirilmiş vergi hüququnu itirənlər üçün VACİB ACIQLAMA (Nümünəvi forma)

Sadələşdirilmiş vergi hüququnu itirənlər üçün VACİB ACIQLAMA (Nümünəvi forma)

Xəbər verdiyimiz kimi, 01 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyici olmaq hüququ məhdudlaşdırılıb.  Belə ki, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum edilirlər:

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; - xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş verginin ödəyicisi olmasına məhdudiyyət qoyulan fiziki və hüquqi şəxslər 1 yanvar 2019-cu ildən müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Həmkarlarımız maraqlandıran məsələ odur ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüqunu itirən vergi ödəyicisi vergi mükəlləfiyyət dəyişdiyi halda ərizə ilə müraciət etməlidir yoxsa vergi orqanı bu məsələni avtomatik olaraq tənzimləyəcək.

Vergilər Nazirliyinə bu məsələ ilə bağlı Anar Babayev adlı vətəndaş müraciət edib: “Müəssisə qüvvəyə minmiş Vergi Məcəlləsinin müddəalarına əsasən sadələşdirilmiş vergi ödəyicisindən mənfəət vergisi ödəyicisinə çevrilərsə, dəyişiklik haqqında ərizə verməlidir yoxsa bunu sistem özü tənzimləyəcək?”

Vergilər Nazirliyinin suala cavab olaraq bildirib ki ərizə ilə müraciət etmək olar: “Vergi mükəlləfiyyətinizin fəaliyyətinizə uyğun olmadığı halda qeydiyyatda olduğunuz vergi orqanına vergi mükəlləfiyyətinin dəyişdirilməsi barədə sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz.”

Cavabdan göründüyü kimi, Vergilər Nazirliyinin bununla bağlı xüsusi ərizə forması olmadığından vergi ödəyicisi sərbəst ərizə forması ilə müraciət edə bilər. mks.az saytı olaraq, online kargüzarlıq vasitəsiylə göndərilə biləcək Ərizənin nümünəvi formanı həmkarlarımıza təqdim edirik:

--------------------------------------------------------------------------------------------

 Hörmətli _________

Vergi Məcəlləsinin 218.5-ci maddəsinin tələblərinə uyğun olaraq, təşkilatımızın 01 yanvar 2019-cu il tarixindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırlıb.

Xahiş edirik, vergi mükəlləfiyyətimizi sadələşdirilmiş vergidən mənfəət vergisinə (fiziki şəxs olduqda – gəlir vergisi) dəyişdirilməsini təmin edəsiniz.

Hörmətlə,

Direktor _________ Nüsrət Nəbili

---------------------------------------------------------------------------------------------

Sonda bir məsələni də qeyd edək ki, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, artıq vergi orqanı da vergi ödəyicisinə bildiriş göndərməklə də uçot məlumatlarında dəyişiklik etmək hüququna malik olacaq. Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əlavə olunan yeni hissələri təqdim edirik:

Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları

....

34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır. Vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu barədə vergi ödəyicisinə bildiriş göndərilir. Bildiriş göndərildikdən 5 iş günü müddətində vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər