Sosial ayırma və işşsizlikdən sığorta haqqları üzrə təsnifat kodları problemləri (SİYAHI)
Vergi ödəyicilərinin sosial hesabatlarının vergi orqanlarına təqdim olunmasından sonra, məcburi dövlət sosial ayırmalar üzrə ödənişlərin zamanı təsnifat kodları üzrə düzgün seçilməsi daha aktuallaşıb. Cünki, öncələr DSMF orqanlarına ödəniş zamanı təsnifat kodu eyni olsa belə, vergi ödəyicisi hesabatın təqdim zamanı ödənişləri tipinə görə seçməklə bölüşdürə bilirdi. Misal üçün, əvvələr vergi ödəyiciləri bütün ödənişlər zamanıi əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmaları olan 121100 saylı təsnifat kodu seçsə də, bölüşdürmə zamanı bəzi məbləğləri 121 300 saylı koda qeyd etmək imkanı qazanırdı. Amma vergi orqanlarına hesabatlar zamanı ödənişlər cəm şəklində yox, sırf hesabatın növünə uyğun seçilmək imkanı verilir. Bu səbəbdən həmkarlarımız üçün sosial hesabatları üçün təsnifat kodlarını qeyd edirik:
Məcburi dövlət sosial sığorta ayırmaları üzrə
121100 - İşəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmaları - 22 və (və ya) 15 faiz;
121200 - İşçilərin əmək haqlarından sosial sığorta ayırmaları - 3 və (vəya) 10 faiz;
121300 - Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlərindən sosial ayırmalar - minimum əmək haqqının X faizi .
İşsizlikdən sığorta haqqı ayırmaları üzrə
123100 - İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı - 0.5 faiz;
123200 - İşləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı - 0.5 faiz.
Bir məsələni qeyd edək ki, bir işçisi olan fiziki şəxs qeyd edilən 5 təsnifat koduna görə ödənişi aylıq olaraq həyata keçirmək üçün ən azı 5 manat (5 x 1 manat) bank xidməti haqqı ödəməli olacaq. Başqa bir halı qeyd edək ki, 180 manat əmək haqqı alan işçinin əmək haqqısından ödənilən işsizlikdən sığorta haqqı - 0,90 (180 x 0,5 faiz) manat, həmin ödənişə görə tutulacaq bank xidməti məbləği olan 1 manatdan azdır:(
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın