Diqqət! Novruz Məmmədov əmək haqqından gəlir vergisi üzrə güzəştlə bağlı ƏSAS SƏNƏDİ TƏSDİQ ETDİ

Diqqət! Novruz Məmmədov əmək haqqından gəlir vergisi üzrə güzəştlə bağlı ƏSAS SƏNƏDİ TƏSDİQ ETDİ

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

 

Həmçinin də, Vergi Məcəlləsinin 101.1-4-ci maddəsinə Vergi Məcəlləsinin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Nazirlər Kabineti tərəfindən müəyyən etməlidir. Baş Nazir 18 fevral 2019-ci il tarixli, 56 saylı qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında qərarı təsdiq edib. Həmin qərarı Sizə təqdim edirik (Fayl formasında yazının sonunda əldə edə bilərsiniz):

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A  R

№ 56

Bakı şəhəri, 18 fevral 2019-cu il

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında

 “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli

Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektoru- nun Meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezi- dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
  3. Bu Qərar 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

  Azərbaycan Respublikasının Baş naziri                              Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun MEYARLARI

1. Ümumi müddəalar

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.
1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Meyarlar

2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə;
2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar:
2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;
2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür.
2.2. Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər