Yalnız mks.az-da: Mağazalar artıq elektron qaimə-faktura ilə işləmirlər? (Araşdırma yazı)

Yalnız mks.az-da: Mağazalar artıq elektron qaimə-faktura ilə işləmirlər? (Araşdırma yazı)

Xəbər vermişdik ki, ilin əvvəlindən başlayaraq topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan sahibkarlar elektron qaimə-faktura təqdim edilmədən malları qəbul etmirlər. Həmkarlarımızdan mks.az saytına daxil olan məlumata əsasən, artıq müəssisələr elektron qaimə tələb etmədən malların qəbulunu həyata keçirməyə başlayıblar.

Həmkarlarımız bununla bağlı 2 arqument gətiriblər. Birinci iddia odur ki, vergi orqanlarının operativ vergi nəzarəti zamanı topdansatış müəssisələrinin rəhbərləri ilə vergi müfəttişləri arasında ciddi narazılıqlar yaranıb. Sahibkarlar bildiriblər ki, rəsmiləşdirməyə keçid onları müflisləşdirəcəyi üçün fəaliyyətlərini yaxında dayandıracaqlar. Narazı sahibkar qrupu hökümət rəhbərlərinə vergi sənədləşməsi ilə bağlı şikayət ediblər. Şikayətlərin araşdırılması üçün rəsmi qurumları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin müvəqqəti təxirə salınması tapşırığı verildiyi iddia olunur.
İkinci iddiaya görə isə, sahibkarların rəsmi sənədləşməni tətbiq etdiyi qısa müddət ərzində dövriyyənin artması nəticəsində vergi öhdəliklərinin də kəskin artımı baş verib. Səbəb sadədir, topdansatış müəssisələrinə ödənişlər nəğd şəkildə olduğu üçün onlar ƏDV-ni əvəzləşdirə bilmirlər, həmçinin xərcləri rəsmiləşdirmək mümkün olmadığı üçün gəlirlər kəskin artıb. Hətta həmkarımızın birinin mks.az saytına verdiyi məlumata əsasən, şirkətin 7 günlük satış dövriyyəsi zamanı yaranan mənfəət vergisi öhdəliyi 2018-ci ilin mənfəət vergisinin təxminən yarısına bərabər olub. Bu səbəbdən, sahibkarlar rəsmiləşdirməyə maraqlı olmadıqlarını bildiriblər.
Qeyd etdiyimiz kimi bunlar hamısı iddialardır, ən doğrusunu Vergilər Nazirliyi bilir. Buna görə də nazirliyin rəsmi mövqeyini işıqlandırmağa hazırıq. Rəsmi açıqlama mövcud vəziyyətə aydınlıq gətirər, əsassız söz-söhbətərin qarşısını alar.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər