Tanınmış mütəxəssis Tofiq Hümbətov: "Mən bu izahda Vergilər Nazirliyinin şərhi ilə razılaşmıram. "

Tanınmış mütəxəssis Tofiq Hümbətov: "Mən bu izahda Vergilər Nazirliyinin şərhi ilə razılaşmıram. "

Mks.az saytının kənd təsərrüfatı istehsalçısı olmayan, amma kənd təsərüffatı məhsulları satan şəxslərə ödəniş edən vergi ödəyicilərindən ödəmə mənbəyindən verginin tutması barədə araşdırması geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, araşdırmaya səbəb vergi sahəsində tanınmış mütəxəssislərin - Tofiq Hümbətov və İsmayıl Bağırovun fərqli yanaşması olmuşdu. Tofiq müəllim vergi ödəyicisi olmayan şəxsin kənd təsərrüfatı malları satdıqda, vergi ödəyicisinin ödəmə mənbəyində 2 faiz tutmasını düzgün hesab etməmişdi.

Son araşdırma yazısından sonra Tofiq müəllim saytımıza açıqlamasını göndərib. Açıqlamanın nöqtəsinə-vergülünə toxunmadan təqdim edirik:
“Hörmətli izləyicilər, qeyd olunan fikirlərimi Vergi Məcəlləsinin tələblərini əsas götürərək izah edim. İlk növbədə baxaq, vergi ödəyicisi kimdir?
VM-in 13.2.4-ci maddəsi: “Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs”.
Bəs vergitutma obyekti nədir?
VM-in 12.3-ci maddəsi: “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”.
Ticarət əlavəsi anlayışı nə deməkdir?
VM-in 13.2.64-ci maddəsi: “Ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq”.
Gəlir anlayışına baxaq.
VM-in 3.2.12-ci maddəsi: “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir”.
Vergi ödəyicisinin vəzifəsinə nə daxildir?
VM-in 16.1.2-ci maddəsi: “Vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq”.
Həmin Məcəllənin 33.3-cü maddəsi: “Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır”.
Göstərilən maddələrdən belə aydın olur ki, kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olan şəxslər də vergi verib – verməməsindən asılı olmayaraq uçota alınmalıdırlar. Vergilər Nazirliyinin izahından belə çıxır ki, kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olan şəxslər əhaliyə mal satanda uçota alınmalı, ancaq vergi ödəyicisinə satanda vergi uçotuna alınmaya bilər. Ancaq bunun izahı Məcəllənin heç bir maddəsində göstərilməyib, yəni onlar vergi ödəyicisinin istəyindən asılı olaraq uçota alınmaya bilər.
Mən bu izahda Vergilər Nazirliyinin şərhi ilə razılaşmıram.
VM -in 150.1.7-ci maddəsi: “Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar”.
Buradan görünürki yalnız iş və xidmətlərdən ödəmə mənbəyində vergi tutulur.
VM-in 150.1.14-ci maddəsi: “Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar”.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinidə dəfələrlə təkrar olunub ki hansı gəlirlər nəzərdə tutulur.
VM-də edilmiş dəyişikliyə görə, 16.1.3-ci maddə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları da vergidən azad olmasına baxmayaraq uçot aparilması nəzərdə tutulur.
Göstərilənlərin nəzərə alınmasını xahiş edirəm.”

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər