Yalnız mks.az-da: Vergi orqanları görüşə çağırdıqları sahibkarlara hansı xəbərdarlığı etdi?

Yalnız mks.az-da: Vergi orqanları görüşə çağırdıqları sahibkarlara hansı xəbərdarlığı etdi?

Mks.az saytı maraqlı məlumat əldə edib. Vergilər Nazirliyinin müvafiq departamentləri son 3 gün ərzində iri dövriyyəyə malik müəssisələrin nümayəndələrini dəvət edərək, onlarla görüş keçiriblər. Görüş zamanı vergi orqanının məsul şəxsləri bildiriblər ki, 01 fevral 2019-cu ildən, yəni bügündən etibarən nazirliyin operativ vergi nəzarətinin keçirilməsinə məsul əməkdaşları gərgin iş rejiminə keçəcəklər. Operativ vergi nəzarəti tədbir olaraq, vergi əməkdaşları ticarət müəssisələrində malların alışını təsdiq edən sənədlərin inventarizasiyasını həyata keçirəcəklər. Əgər hər hansı müəssisədə malların mədaxilini təsdiq edən sənədlərin olmağı aşkarlanarsa, vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.8.2-cü maddəsinin tələblərinə uyğun olaraq, nəzərdə tutulan sənədlərdən ən azı biri olmadığı halda, alıcıya (təqvim ili ərzində belə hala birinci dəfə yol verərsə) alınmış malların dəyərinin 10 faizi qədər sahibkara maliyyə sanksiyası tətbiq olunacaq. Misal üçün, vergi orqanları tərəfindən 12 000 manatlıq sənədsiz mal aşkar olunarsa, bu zaman 1200 manat maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı protokol tərtib olunacaq.

Bundan əlavə, operativ vergi nəzarəti tədbirləri zamanı malları təqdim edən sahibkar da maliyyə sanksiyasından kənarda qalmayacaq. Belə ki, Vergi Məcəlləsinin 58.13.-cu maddəsinə əsasən, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi halda, təqdim edilmiş malların satış qiymətinin 10 faizi qədər malları təqdim edən sahibkara maliyyə sanksiyası tətbiq olunacaq. Misal üçün, operativ vergi nəzarət tədbiri zamanı müəyyən olunarsa ki, “AA” MMC malları təqdim edərkən, 15 000 manatlıq malın sənədləşməsi Vergi Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməyibsə, bu zaman “AA” MMC-yə 1500 manatlıq maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı protokol tərtib olunacaq.
Vergi orqanları görüş zamanı sahibkarlara bildiriblər ki, malların alınması zamanı qarşı tərəf Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, lazımı sənədləşməni həyata keçirməkdən boyun qaçırarsa (elektron qaimə faktura təqdim etmək istəmir və s.) həmin vergi ödəyiciləri haqqında məlumatı onlara təqdim etsinlər. Hətta belə bir məlumat var ki, vergi ödəyicilərinə bu tip məlumatların vergi orqanlarına anonim təqdim olunması üçün xüsusi forma da təqdim edilib.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər