Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdə mikro sahibkarlıq subyektləri üçün bir çox güzəştlər nəzərdə tutulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30 və 106.1.20-ci maddələrə əsasən, mikro sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər öz gəlir və mənfəətinin 75 faizi həcmində güzəşt əldə edəcəklər.

 Məcəllənin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum edilirlər: 

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; - xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş verginin ödəyicisi olmasına məhdudiyyət qoyulan fiziki və hüquqi şəxslər 1 yanvar 2019-cu ildən müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Mikro sahibkarlıq subyekti kateqoriyasına uyğun gələn bu tip vergi ödəyiciləri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq müvafiq olaraq gəlir və mənfəət vergisi üzrə cari ödəmələrin həyata keçirilməsi zamanı Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəşti alır.

MİSAL:

1. (10.000+15.000)-(8.000+7.000)=10.000 manat (mənfəət),
2. 10.000*20%=2.000 manat (mənfəət vergisi);
3. 2000*75%=1500 manat (mənfəət vergisi üzrə cari vergi ödəməsi).

Vergi Məcəlləsinə əlavə olunmuş 102.1.30 və 106.1.20-ci maddələrə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200.000 manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər. Başqa sözlə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirinin 75 faizi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin isə mənfəətinin 75 faizi vergidən azad edilir.

Mənbə: "Vergilər" qəzeti

Yazı ilə bağlı sualların olmasının nəzərə alaraq, Mks.az saytının eksperti Anar Bayramovun əlavə açıqlamasını qeyd edirik: Mikrosahibkarlıq subyektinə aid olan vergi ödəyicisinin 25 000 manat dövriyyəsi 15 000 manat xərci olduğu üçün 10 000 (25 000 -15 000) manat mənfəəti (gəliri) olur. Vergi Məcəlləsinə əsasən, 20 faiz mənfəət vəya gəlir vergisi hesablanır - 2000 (10 000 manat x 20 faiz) manat. Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200.000 manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər - 2000 x 25 faiz (75 faiz azad olma) = 500 manat. 

Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.Yəni vergi ödəyicisi 500 manatın 75 faizindən yəni 375 manatdan az olmayan vergi ödənişini  həyata keçirilməlidir.  

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]