Vergilər Nazirliyinə Təklif: Vergidən yayınan həkimlər də özəl klinikalarla yanaşı cinayət məsuliyyətinə cəlb olunsun

Vergilər Nazirliyinə Təklif: Vergidən yayınan həkimlər də özəl klinikalarla yanaşı cinayət məsuliyyətinə cəlb olunsun

“Mühasibat uçotu” jurnalının baş redaktoru, vergilər üzrə ekspert Əflatun Babayev mülki-hüquqi xarakterli müqavilələrlə bağlı maraqlı məqamlara toxunub: "Ötən il sonunda tibbi klinikaların əksəriyyətində aparılan vergi yoxlamaları nəticəsində ciddi pozuntular aşkar olundu. Mətbuatda dərc olunan yazılardan məlum oldu ki, klinikalarda çalışan bəzi həkimlər ayda orta hesabla 70-100 min manat çıvarında bonus alsalar da, hər hansı vergi ödənilməsi həyata keçirilməyib. Vergi orqanları ilə müzakirə zamanı məsələ qaldırdım ki, nəyə görə həkimləri yox, ancaq klinikaları vergi məsuliyyətinə cəlb edirsiniz. Vergi orqanları səbəb kimi, ödəniş zamanı ödəmə mənbəyindən verginin tutulmasını göstərdilər. Amma Vergi Məcəlləsinin 33.4-cu maddəsinə əsasən, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Klinkiların serverlərində həkimlər haqqında tam məlumatlar olduğu üçün, artıq vergidən yayınma da anonim məlumat hesab edilə bilməz. Vergi orqanları həkimlərə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə vergiləri ödəməkdən yayınma üzrə cinayət işi başlada bilər. Həkimlər vergiləri tam ödədikdən sonra onların cinayət işinə xitam vermək mümkündür. Bu prosesin nəticəsi o olacaq ki, həkimlərdə vergi intizamı formalaşacaq. Artıq klinika rəhbərliyi həkimlərə ödəmə mənbəyindən vergi tutulmasının vacibliyini bildirəndə, həkimlər narazılıq edib, başqa klinikalara üz tutmayacaqlar."
Qeyd edək ki, Əflatun Babayev bu açıqlamanı Milli Mühasiblər Forumunun 27 yanvar 2019-cu il tarixdə, “Vergi Məcəlləsində edilən dəyişikliklərin Mühasibat Uçotuna təsirinin hərtərəfli professional izahı” mövzusunda keçirdiyi təlim zamanı verib.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər