Əmək haqqı üzrə GÜZƏŞTLƏ bağlı GÖZLƏNİLƏN QƏRARIN DETALLARI
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə əlavə edilən 101.1-1-ci maddəyə əsasən, 01 yanvar 2019-cu il tarixindən etibarən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8 000 manata qədər gəlir vergisi tutulmur və 8000 manatdan çox olan məbləğdən 14 faiz gəlir vergisi tutulur.
Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə əsasən, Vergi orqanlarının məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Ötən yazılarımızda bildirmişdik ki, Prezidentin tapşırığından 1 ay müddət keçməsinə baxmayaraq Nazirlər Kabineti hələ də meyarlar təsdiqləməyib.
Fed.az saytının əldə etdiyi Meyarlarla bağlı ilkin layihəni mks.az saytı bəzi detalları incələyib.
Qərar layihəsinə görə, neft-qaz sahəsinə aid ediləcək müəssisələr aşağıdakılardır:
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun strukturuna aid olan müəssisələr;
- Hasılatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar;
- Fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ;
- Dövlət Neft Şirkətinə və hasılatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə ƏVVƏLKİ təqvim ili ərzində əldə olunan İLLİK gəlirlərin həcmi məcmu illik gəlirlərin 50 FAİZİNDƏN çox olduğu halda SUBPODRATÇILAR;
- Əməliyyyat şirkətlərinə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə ƏVVƏLKİ təqvim ili ərzində əldə olunan İLLİK gəlirlərin həcmi məcmu illik gəlirlərin 50 FAİZİNDƏ çox olduğu halda SUBPODRATÇILAR;
- İl ərzində yeni yaradılacaq və dövlət mülkiyyyətinə aid edilməyən subpodratçılar neft-qaz şirkəti ilə əməkdaşlığı başladığı halda əmək haqqından güzəşt hüququnu itirir.
Qeyri dövlət sektoruna gəlincə isə, bu meyara Azərbaycan Qanunvericiyinə uyğun olaraq yaradılmış hüquqi şəxslərdir. Dövlət adından yaradılan publik hüquqi şəxslər, səhmlərinin və paylarının 50 faizdən çoxu birbaşa vəya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər, büdcədən maliyyələşdirilən idarə və təşkilatlar GÜZƏŞT olunacaq SİYAHIYA AİD EDİLMİR.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın