1 ay müddət də keçdi: Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları niyə hazırlanmır?

1 ay müddət də keçdi: Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları niyə hazırlanmır?

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə əlavə edilən 101.1-1-ci maddəyə əsasən, 01 yanvar 2019-cu il tarixindən etibarən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Bundan əlavə, Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə əsasən, Vergi orqanlarının məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında Nazirlər Kabinetinə aşağıdakı tapşırıqları vermişdir:

“bir ay müddətində:
həmin Məcəllənin 101.1-4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin”.

20 dekabr 2018-ci il tarixli fərmandan artıq bir ay keçməsinə baxmayaraq, təəssüf ki, Nazirlər Kabineti meyarları hazırlayaraq təsdiq etməyib. Meyarların təsdiq olunmaması şirkətlərlə yanaşı, vergi orqanlarının da işində çətinlik yaradır. Xüsusilə. dövlət satınalmalarında iştirak edən və ya neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edən podratçılara bu güzəştin tətbiq edilib-edilməyəcəyi maraq doğurur. Tutaq ki, "AA" MMC neft-qaz sektorundan sifarişlər qəbul etsə də, fəaliyyətin bir qismi başqa istiqamət üzrədir. Və yaxud dövlət büdcəsindən vəsait alan özəl şirkətlər var ki, həm də digər istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Böyük ehtimalla meyarlarda müəyyən olunacaq ki, fəaliyyətinin müəyyən faizi (misal üçün 50 faizdən yuxarı) neft-qaz sektorundan və ya dövlət büdcəsindən maliyyələşirsə, o zaman həmin vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəşt tətbiq edilməsin.
Təbii ki, neft-qaz şirkəti sahəsində fəaliyyəti olmayanlar 8000 manata qədər əmək haqqına gəlir vergisi hesablamırlar. Artıq yanvar ayının sonuna az qaldığına görə saytımıza müxtəlif təyinatlı vergi ödəyiciləri, xüsusilə yuxarıda qeyd olunan fəaliyyət istiqamətinə malik şirkətlər əmək haqqı üzrə icbari ödənişlərin necə hesablanması barədə müraciət edirlər.
Ümid edək ki, Nazirlər Kabineti yaxın zamanlarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək ki, həm vergi ödəyiciləri, həm də işçilər gəlir və xərclərini düzgün müəyyənləşdirə bilsinlər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər