Vergilər Nazirliyindən mühasiblərin stolüstü sənədi olacaq RƏSMİ CAVAB

Vergilər Nazirliyindən mühasiblərin stolüstü sənədi olacaq RƏSMİ CAVAB

Mks.az saytı vergi ödəyicilərinin hələ də tərəddüdlə yanaşağı məsələyə aydınlıq gətirdi

mks.az saytı olaraq Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə bağlı həmkarlarımızı maarifləndirməyə davam edirik. Saytımız 24 dekabr 2018-ci ildə mikro sahibkarlıq subyektlərinə verilən 75 faizlik güzəştin illik yoxsa rüblük tətbiq olunması ilə bağlə Vergilər Nazirliyinə aşağıdakı sualı unvanlandırıb:

Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilən əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar:

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Bəzi sadələşdirilmiş vergi ödəyiciləri 1 yanvar 2019-cu ildən artıq mikro sahibkarlıq subyekti kimi mənfəət və ya gəlir vergisi ödəyicisi olacaqlar. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin və ya mənfəətin 75 faizinə güzəşt nəzərdə tutulur.

Sizdən 1 yanvar 2019-cu ildən etibarən  mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin cari vergi ödəmələrinin hesablanması qaydası və güzəştin tətbiq olunması vaxtı ilə ilə bağlı yaranan sualların aşağıdakı misal üzərindən izah olunmasını xahiş edirik.

  Tutaq ki, “AA” MMC-nin 2019-cu ilin rübləri üzrə gəlir və xərcləri aşağıdakı kimi olub:

  • I rüb üzrə: gəlir - 5000 manat, xərc 1000 manat
  • II rüb üzrə: gəlir - 4000 manat, xərc – 500 manat
  • III rüb üzrə: gəlir – 3000 manat, xərc -1600 manat
  • IV rüb üzrə: gəlir – 6000 manat, xərc – 2000 manat

Bu halda rüblər üzrə cari vergi ödəmələrinin hesablanması mexanizminə və 75 faizlik güzəştin nə zaman - cari vergi ödəməsi arayışı, yoxsa illik mənfəət bəyanaməsinin təqim edilməsi zamanı - tətbiq olunacağına aydınlıq gətirməyinizi xahiş edirik.

Vergilər Nazirinin birinci dərəcəli müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri cənab Sahir Məmmədxanovun imzaladığı 11 yanvar 2019-cu il tarili məktubu ilə suala aydınlıq gətirib. Rəsmi cavabdan əsas hissəsini təqdim edirik:

"... Qeyd edilənlərə əsasən, mikro sahibkarlıq subyektləri olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən rüb qutardıqdan sonra 15 gündən gec olmayaraq müvafiq olaraq gəlir və mənfəət vergisi üzrə cari ödəmələrin həyata keçirilməsi zamanı Vergi Məcəlləsi ilə qeyd edilən maddələri ilə 01 yanvar 2019-cu il tarixdən mikro sahibkarlıq subyektlərə tətbiq edilən vergi güzəşti NƏZƏRƏ ALINIR"

Mks.az saytı olaraq,  Vergilər Nazirliyinə dolğun cavaba görə təşəkkür edir, vergi ödəyicilərinin maarifləndirilməsi yolundakı yorulmaz fəaliyyətinizdə uğurlar diləyir, əməkdaşlığımızın davamlı və səmərəli olmasını arzu edirik.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər