Vergilər Nazirliyi vergi ödəyicilərinin daha bir narazılığını həll edir: İki forma birləşdirilir
ƏDV ödəyicisi olan vergi ödəyiciləri malları, işləri və ya xidmətləri qəbul edən vergi ödəyicisinə elektron qaimə faktura ilə yanaşı , elekttron vergi hesab-faktura da hazırlayaraq aidiyyəti üzrə təqdim edirdilər. Qeyd edək ki, vergi ödəyiciləri 01 yanvar 2010-cu il tarixdən ELEKTRON vergi hesab-fakturası təqdim etməyə başlasalar da, 2017-ci il 1 aprel tarixindən etibarən isə bu sənədlə yanaşı elektron qaimə-faktura təqdim edirlər.
Məlumat üçün bildirək ki, elektron vergi hesab-faktura təqdim edilməsi ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxslər tərəfindən həyata keçirilir. Vergi Məcəlləsində nəzərdə tutulan istisnalar çıxmaqla yanaşı digər bütün vergi ödəyiciləri elektron qaimə-faktura təqdim etməlidir. Göründüyü kimi, ƏDV ödəyici olan vergi ödəyiciləri malları, işləri və ya xidmətləri qəbul edən şəxsə 2 fərqli sənəd təqdim edir. Vergi ödəyiciləri təklif edirdilər ki, elektron vergi hesab-faktura ilə elektron qaimə-fakturanı vahid sənəddə təqdim etmək daha məqsədəuyğun olardı.
Vergilər Nazirliyinə yaxın mənbələrdən aldığımız məlumata əsasən, rəhbərlik artıq bu prossesin həlli yəni hər iki forma üzrə fəaliyyəti özündə birləşdirən vahid formanın hazırlanması ilə bağlı informasiya texnologiyalara məsul olan şəxslərə tapşırıq verib. Çox güman ki, 01 yanvar 2020-ci ildən etibarən ƏDV ödəyiciləri üçün elektron qaimə-faktura və hesab fakturanı özündə birləşdirən Vahid formanın tətbiqinə başlanılacaq.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın