Mübahisəli məqam: Pərakəndə satış zamanı malı EQF-lə satdıqda SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi hüququ itir?

Mübahisəli məqam: Pərakəndə satış zamanı malı EQF-lə satdıqda SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi hüququ itir?

01 yanvar 2019-cu ildən tətbiq olunan Vergi Məcəlləsi ilə bəzi məsələlərlə bağlı fərqli yanaşmalar var. Bunlardan biri də, Pərakəndə ticarət fəaliyyət göstərən şəxsin VÖEN-ə malik olan şəxsə xidmət göstərdiyi halda sadələşdirilmiş vergi hüququnun məhrum olub-olmaması ilə bağlıdır. Mks.az saytının ekspertləri bu məsələ ilə bağlı araşdırma aparıb.

Bəzi ekspertlər qeyd edirlər ki, Pərakəndə ticarət fəaliyyəti göstərən Vergi Ödəyicisi hər hansı digər vergi ödəyicisinə elektron qaimə-faktura ilə sayından vəya növündən asılı olmayaraq hər hansı mal satdığı halda bu fəaliyyət topdan satış hesab olunacaq. Həmin ekspertlərin fikrincə, pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyiciləri yalnız  son istehlakcı olan əhaliyə xidmət göstərməlidirlər.  Bu səbəbdən də, vergi orqanları pərakəndə ticarət fəaliyyəti göstərən şəxslərin  digər vergi ödəyicisinə malı satışı olduğu zaman artıq bu topdansatış fəaliyyət kimi qiymətləndiriləcək: Misal üçün, ərzaq ticarəti üzrə pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisi hər hansı vergi ödəyicisinə 2 kilo konfeti elektron qaimə-faktura təqdim etməklə satarsa, bu zaman sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itərəcəklər.

Bu məsələyə aydınlıq gətirmək üçün Vergi Məcəlləsində pərakəndə və topdan satış fəaliyyətinin anlayışlarını diqqətdən keçirək:

13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

13.2.63. topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq olunan "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"na diqqət yetirək:

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi

4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Açıqlamadan göründüyü kimi, pərakəndə satış zamanı vergi ödəyicisi hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) TƏQDİM ETMƏLİDİR. Deməli, pərakəndə ticarət zamanı elektron qaimə-fakturanın təqdim olunmasına heç bir məhdudiyyət yoxdur.

Hansı hallarda pərakəndə satış fəaliyyəti topdan satış hesab oluna bilər. Misal üçün, pərakəndə ticarət fəaliyyəti göstərən "A" müəssisəsi təqdim etdiyi malı alan "B" müəssisəsi sahibkarlıq fəaliyyətinin MƏQSƏDLƏRİ üçün istifadə edirsə, bu hal topdan satış fəaliyyəti üçün istifadə edilə bilər.  

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər